“PAŞA Bank”ın baş sponsorluğu ilə “Virtual karyera sərgisi” keçirilib
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın baş sponsorluğu və ADA Universitetinin Karyera Mərkəzinin təşkilatçılığı ilə “Virtual karyera sərgisi” keçirilib. 15-16 aprel tarixlərini əhatə edən bu sərgi, “Karyera hazırlığı həftəsi”nin sonuncu tədbiri olub.
“İstedadlarla karyera yolları arasında körpü” şüarı altında baş tutan sərgidə maliyyə və bankçılıq, audit və konsaltinq, informasiya və telekommunikasiya, təhsil və turizm sahələrində, istehlak və xidmət sektorunda, eləcə də qida sənayesində fəaliyyət göstərən 70 yerli və xarici müəssisə, şirkət, beynəlxalq təşkilat, dövlət qurumu və nazirliklər iştirak edib. Tədbirə qatılan 600-dən çox tələbə və məzuna vakansiya, təcrübə və digər karyera imkanları barədə məlumat təqdim olunub.
Aprel ayının 15-i “PAŞA Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktor Taleh Kazımov “Virtual karyera sərgisi” çərçivəsində tələbə və məzunlarla görüşüb.
Öz uğur hekayəsi ilə bölüşən Taleh Kazımov, səmərəli karyera qurmağın yollarından danışıb. “Öz potensialınıza inanın və risk etməkdən qorxmayın. Çağırışlardan çəkinməyin, onları yeni bir imkan kimi dəyərləndirin. Daima bilik və bacarıqlarınızı təkmilləşdirin. Yalnız belə olan halda, uğur qazanmaq, cəmiyyətə töhfə vermək mümkündür.”, - deyə Taleh Kazımov bildirib.
Xatırladaq ki, PAŞA Bankın ADA Universiteti ilə əməkdaşlığı 2018-ci ildən başlayıb. Bankın dəstəyi ilə tələbələr üçün bir çox mühüm tədbirlər, Bankın İdarə Heyəti üzvləri ilə görüşlər, karyera yarmarkaları, o cümlədən hakatonlar və məlumat sessiyaları də təşkil olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 16 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)





