“PAŞA Bank” “Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu”na dair konfransda iştirak edib
(®️) Ölkənin aparıcı korporativ maliyyə institutu və real sektorun dəstəkçisi “PAŞA Bank” “Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu” mövzusuna dair keçirilən konfransda iştirak edib. Aprel ayının 14-də onlayn formatda baş tutan konfrans, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.
Konfrans, maliyyə sahəsində məsul qurum və rəhbərləri bir araya gətirərək innovativ həllərin müzakirəsi və ekosistemin inkişafı üçün əməkdaşlıq imkanlarının qiymətləndirilməsi istiqamətində bir platforma rolunu oynayıb. Tədbir zamanı “Rəqəmsal Ticarət Qovşağı”nın yeni funksionalının təqdimatı da baş tutub.
Konfransda iştirak edən “PAŞA Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktor Taleh Kazımov Bankın rəqəmsal transformasiyası təcrübəsindən və rəqəmsallaşmanın təqdim etdiyi imkanlardan danışıb.
“Banklar inkişaf perspektivlərini düzgün dəyərləndirməklə, tərəfdaşlığa əsaslanmaqla və vahid rəqəmsal ekosistemin mühüm oyunçusuna çevrilməklə uğur qazana bilər. Məhz belə olduğu halda, rəqəmsal erada həm bank sektorunun, həm də birbaşa ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə vermək mümkün olacaq”, - deyə Taleh Kazımov bildirib.
Qeyd edək ki, “PAŞA Bank” “Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu”nun üzvüdür. Konsorsiumun əsas məqsədi, Azərbaycanda müasir rəqəmsal xidmətlərin və infrastrukturun tətbiqini genişləndirmək, ölkənin rəqəmsal transformasiyasına təsir edən transsərhəd elektron xidmətlər infrastrukturunu inkişaf etdirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 45 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























