Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi oldu
(®️) MDB regionunun maliyyə və sığorta sektorunda fəaliyyət göstərən qurumların təmsilçiləri arasında keçirilmiş “Finance Chess-2021” beynəlxalq şahmat turniri başa çatıb. Onlayn turnirdə Azərbaycan Beynəlxalq Bankının Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini Rauf Hacılı, Risklərin idarə edilməsi departamentinin direktor müavini Rəsul Mənsimli və Korporativ biznes departamentinin baş mütəxəssisi Kamran Rəhimli də iştirak edib.
Beynəlxalq turnirdə Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistandan ümumən 55 komanda yarışıb. Turnurdə Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, SBER, SMP Bank, Qazprombank, Renessans Kredit, RİK, ATON, Nurbank, MAKS kimi tanınmış maliyyə qurumlarının təmsilçiləri rəqabət aparıblar.
Turnirdə Azərbaycan Beynəlxalq Bankının bütün əməkdaşları öz lövhələri üzrə ilk onluğa düşə biliblər. Risklərin idarə edilməsi departamentinin direktor müavini Rəsul Mənsimli finalda 100 faizli fərdi nəticə ilə bütün rəqiblərini üstələyək “Finance Chess – 2021”in qalibi olub.
Bankın Maliyyə monitorinqi və komplayns departamentinin direktor müavini Rauf Hacılı isə turnirin sonunda bütün iştirakçıların iştirak etdiyi dostluq qarşılaşmalarında qələbə qazanaraq birinci yerə çıxıb.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 44 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI

























