Bədbəxt hadisələrin qarşısının alınması məqsədilə dövlət standartı qəbul edilib
Statistika göstərir ki, hər il ölkəmizdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində onlarla insan əmək qabiliyyətini itirir, xəsarət alır və ya ölüm halları baş verir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin yaydığı məlumatda bildirlir ki, hər bir müəssisə, təşkilat sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına, təhlükəli və zərərli istehsalat amillərinə nəzarətin təşkil edilməsinə, işçilərinin əmək sağlamlığı, təhlükəsizliyi və onun fəaliyyəti nəticəsində digər şəxslərin sağlamlığına dəyən zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Bununla belə, bəzi hallarda müəssisə və təşkilatlar tərəfindən əmək sağlamlığının və təhlükəsizliyinin idarə olunmamasının düzgün təşkil edilməməsi səbəbindən istehsalatda bədbəxt hadisələr baş verir.
Bu sahədə sahibkarlara dəstək göstərilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik hüquqi şəxs tərəfindən beynəlxalq standartlar əsasında AZS ISO 45001 "Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi" dövlət standartı qəbul edilərək Dövlət Fonduna daxil edilib.
Bu standart əmək sağlamlığı və təhlükəsizliyi sistemini yaratmaq və həyata keçirmək istəyən istənilən təşkilat tərəfindən tətbiq edilə bilər.
Yeni standartın tətbiqi sahibkarlara istehsalatda zədə və peşə xəstəliklərinin qarşısını almaqda, təhlükəsiz və sağlam iş yerləri yaratmaqda, preventiv və qoruyucu tədbirlər görməklə əmək sağlamlığı və təhlükəsizliyi üzrə riskləri idarə etməkdə kömək edəcək.
Sahibkarlıq subyektləri və digər maraqlı şəxlər dövlət standartının tam mətnini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik hüquqi şəxsin rəsmi internet səhifəsi www.azstand.gov.az vasitəsilə əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)










