Qocaman yapon nəhənginə rekord qiymət təklifi – 20 milyard dollar!
Toshiba tam özəl investisiyalı şirkətə çevrilə və birjalardan birdəfəlik gedə bilər.Ötən gün Yaponiyanın ən iri texnoloji şirkətlərindən olan Toshiba Korporasiyası Avropanın özəl səhm kapitalı şirkəti CVC Capital Partnersdən 20 milyard dollarlıq Satınalma təklifinin daxil olduğunu və Direktorlar Şurasında müzakirə edilərək, qərar veriləcəyini bildirib.
Marja xəbər verir ki, sövdələşmə baş tutsa, bu tarixdə bir yapon şirkətinin rekord qiymətə satışı olacaqdır.
1939-cu ildə iki yapon şirkəti - Shibaura (1875) və Tokyo Denkinin (1890) birləşməsi nəticəsində qurulmuş Toshiba Korporasiyası Yaponiyanın ən qocaman sənaye və texnologiya nəhənglərindən hesab edilir və uzun müddət enerji, o cümlədən atom enerjisi, sənaye və infrastruktur sistemləri, lift və eskalatorlar, elektron komponentlər, yarımkeçiricilər, HDD-lər, printerlər, fərdi kompüterlər və noutbuklar, batareyalar və kvant kriptoqrafiyası kimi İT əsaslı texnoloji sahələrdə dünya liderlərindən biri olmuşdur. Şirkətin son illərdəki gəlirləri 34 milyard dollar, xalis mənfəəti 9,2 milyard dollar təşkil etmişdir.
Uzun müddət qlobal sənaye liderlərindən olan və Yaponiyanın iqtisadi gücünü təmsil edən Toshiba 2015-ci ildə daxildəki maliyyə və mühasibatlıq skandalı ilə gündəmə gəlmiş, bu hadisə səkkiz yüksək vəzifəli şəxsin istefası, 1,2 milyard dollar mənfəət itkisi və bazar dəyərinin 8 milyard dollar ucuzlaşması ilə nəticələnmişdi. Bundan sonra Toshiba ən iri yapon şirkətlərinin indeksindən çıxarılmış, ardınca öz fabriklərində televizor istehsalını dayandırdığını bildirmişdir.
2015-ci ildə şirkət şəkil sensor biznesini digər yapon nəhəngi Sony-ə satmışdır. Müflisləşməyə doğru gedən Toshiba 2016-cı ildə tibbi sənaye bölməsi olan Toshiba Medical Systems Corporation-u Canon-a satmış, Çinin elektrikli məişət avadanlıqları şirkəti Midea Group Toshibanın məişət avadanlıqları bölməsinin 80%-ni satın almışdır.
2017-ci ildə ABŞ-da tikilməsi planlaşdırılan atom elektrik stansiyası ilə əlaqədar Toshibanın ABŞ törəməsi, Amerikan nüvə enerjisi şirkəti Westinghouse-un iflas etməsi nəticəsində layihə dayandırıldı və Toshiba ümumilikdə 9 milyard dollara yaxın ziyana düşdü. Həmin il Toshiba özünün yaddaş çipləri biznesini 18 milyard dollara Bain Capital-a, televiziya sahəsinin 95%-ni 113 milyon dollara Çinin Hisense şirkətinə satdı. 2018-ci ildə Toshiba başıbəlalı Westinghouse-u 4,6 milyard dollara investisiya kapitalı şirkəti Brookfield Business Partners-ə sataraq, bu zərərli aktivdən xilas ola bilmiş, digər yapon nəhəngi Sharp Korporasiyası isə Toshibanın fərdi kompüterlər bölməsinin 80 faizini 36 milyon dollara almışdı.
Hazırkı 20 milyard dollarlıq təklifi qəbul edərsə, Toshiba tam özəl investisiyalı şirkətə çevriləcək və səhmlərinin birjalarda ticarətini dayandıracaqdır. Bunun üçün isə ilk növbədə Yaponiya hökumətinin də razılığı tələb olunur. Xüsusilə ölkənin enerji təhlükəsizliyində və nüvə enerjisi istehsalında nəhəng paya sahib olan Toshibanın tam özəlləşməsinin hökumətin maraqlarına və strateji prioritetlərinə nə dərəcədə cavab verdiyi yaxın həftələrdə məlum olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
23 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
























