LG smartfon bazarından birdəfəlik gedir – 4,5 milyard dollarlıq ziyan
LG Electronics, ağıllı telefon istehsal etməyi dayandıraraq elektrikli avtomobil və ağıllı evlər kimi yeni texnologiyalar inkişaf etdirməyə fokuslanacağını açıqladı.
Cənubi Koreyanın texnologiya nəhəngi LG Electronics Inc. özünün ziyanla işləyən mobil telefonlar bölməsini bağlamaq qərarına gəlib. Marja xəbər verir ki, şirkət bugün səhər yaydığı açıqlamada əsas diqqətini elektrikli avtomobillərə və ağıllı evlərə cəmləşdirəcəyini bəyan edib.
2013-cü ildə Apple və Samsung-dan sonra dünyanın üçüncü ən böyük mobil telefon istehsaçısı olan LG avadanlıq və proqram təminatındakı texniki problemlər, yenilənmələrin vaxtında həyata keçirilməməsi və zəif marketinq strategiyası səbəbindən dünya bazarındakı mühüm mövqelərini itirib. Son 6 ildə mobil telefon bölməsindən 4,5 milyard dollar ziyana məruz qalan şirkət hazırda qlobal bazarda cəmi 2% paya malikdir. Ötən il cəmi 23 milyon smartfon satılıb ki, bu da Samsung-un göstəricisi (256 milyon ədəd) ilə müqayisədə 10 dəfə azdır.
LG-nin mobil telefonların istehsalını dayandırması onun Şimali Amerika bazarındakı 10% payının da itirilməsi ilə nəticələnəcək. Cənubi Amerika ölkələrində hazırda LG Apple, Samsung, Xiaomi və digər Çin istehsalçılarından sonra 5-ci ən çox satılan smartfon modellərinə malikdir.
LG-nin 5 iri sənaye bölməsi içərisində ən kiçiyi olan mobil telefon istehsalı şirkətin illik gəlirinin 7%-ni təşkil edirdi. İstehsalatın cari ilin 31 iyul tarixinə kimi dayandırılacağı, Cənubi Koreyadakı smartfon zavodlarında çalışan işçilərin LG-nin digər sənaye sahələrinə keçiriləcəyi, hazırda mobil telefon istifadəçiləri tərəfindən işlədilən LG markalı smartfonlara isə müxtəlif regionlardan asılı olaraq hələ bir müddət proqram təminatı və yenilənmələrlə bağlı xidmət göstəriləcəyi nəzərdə tutulur.
Şirkət, elektrikli avtomobil, ağıllı ev, robotik və süni zəka sahələrinə fokuslanacaq.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 6 saat əvvəl
-
6 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
6 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
7 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 7 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
