60 ən böyük bankdan 3,8 trilyon dollarlıq yatırım!
2015-ci ildən bəri təbii yanacaqlara ən azı bu qədər investisiya sərf olunub.
Bütün dünyada ən böyük banklar hələ də ənənəvi təbii yanacaq növlərinə trilyon dollarlıq yatırımlar edir. Marja xəbər verir ki, ABŞ-ın ən böyük ekoloji QHT-lərindən olan Rainforest Action Network-un yenicə dərc etdiyi və “İqlim Xaosunda Bankçılıq 2021” adlı hesabatda 2015-ci ilin sonlarında imzalanmış, qlobal iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə dünya ölkələrinin əsas hüquqi öhdəliyi – Paris Sazişindən sonra (2016-2020-ci illərdə) ən böyük 60 bankın hələ də ənənəvi yanacaqlara 3,8 trilyon dollar investisiya etdiyi bildirilir.
Hesabata əsasən, 2020-ci ildə ənənəvi yanacaqlara ən çox yatırım edən banklar 51.3 milyard dollarla JPMorgan Chase, 48.4 milyard dollarla Citi və 42 milyard dollarla Bank of America-dır. Hesabat qlobal istehsalçıların və maliyyə dairələrinin atmosferə buraxılan zəhərli emissiyaların həcmini azaltmaq öhdəliyinə əməl etmədiyini faktlarla göstərir. Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp 2017-ci ildə Paris Razılaşmasından çıxdıqlarını bildirmiş, yeni prezident Co Bayden bu ilin əvvəlində səlahiyyətlərinin icrasına başladığı ilk gün yenidən bu qlobal sənədə qoşulduqlarını açıqlamışdı.
JPMorgan Chase bankı hələlik konkret açıqlama verməyərək, yalnız özünün Paris Sazişinin tələblərinə əməl etmək və 2025-ci ilə qədər təmiz, dayanıqlı enerji sahələrinə 200 milyard dollar yatırım etmək öhdəliyi götürdüyünü bildirmişdir. CitiBank isə karbon emissiyalarının azaldılması tələblərini yerinə yetirməyən müştərilərlə əməkdaşlığa tədricən son verəcəklərini və 2050-ci ilə qədər sıfır emissiya hədəfinə doğru getdiklərini bildirib.
Reallıq isə fərqlidir: qlobal maliyyə mənbələri hələ də ən böyük yatırımlarını neft, təbii qaz, kömür və digər ənənəvi yanacaq növlərinə edir, bu sektoru dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olaraq görməkdə davam edir. “Yaşıl iqtisadiyyat, təmiz enerji, sıfır emissiya” kimi gəlişigözəl sözlər hələ ki çox məhdud həcmdə reallığa çevrilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 3 saat əvvəl
-
4 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
4 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
4 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 4 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
