Azərbaycan Qətərin nəhəng şirkətilə ixracı müzakirə etdi
Azərbaycan məhsullarının Qətərə ixracı məsələləri müzakirə olunubAzərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Qətərin “Ali Bin Ali” Group şirkəti arasında onlayn formatda işgüzar görüş keçirilib.
AZPROMO-dan MArja-ya daxil olmuş məlumata görə, tədbirdə aidiyyəti qurumların nümayəndələri ilə yanaşı, hər iki ölkənin səfirləri iştirak ediblər.
AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev Azərbaycanın ixrac və investisiya potensialı, yerli məhsulların xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi istiqamətində görülən işlər barədə danışıb, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti haqqında məlumat verib.
“Ali Bin Ali” Group şirkətinin vitse-prezidenti Nabil Chamas təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, iki qurum arasında əlaqələrin qurulmasının əhəmiyyətini, bu sahədə görüləcək işləri diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Qətər Dövlətində səfiri Rəşad İsmayılov biznes dairələri arasında əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, keçirilən görüşlərin iqtisadi əlaqələrin genişləndirilməsindəki rolunu vurğulayıb.
Görüşdə Azərbaycan məhsullarının Qətərə ixracının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, "Ali Bin Ali" şirkəti Qətərin ən böyük pərakəndə və paylayıcı şirkətlərindən biridir. Şirkət dünyanın müxtəlif aparıcı ticarət markaları ilə tərəfdaşlıq əlaqələri qurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 21 d. əvvəl
-
- 34 d. əvvəl
-
56 d. əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
1 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib





.jpg)







.jpg)





