Dövlət şirkətindən 108 milyon manat mənfəət

Aktivləri 1 mlrd. manata yaxınlaşır
2016-cı ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aktivləri 901,666 mln. manata çatıb ki, bu da 2015-ci illə müqayisədə 12,17% və 97,823 mln. manat çoxdur.
Bu barədə dövlət şirkətinin konsolidə edilmiş maliyyə hesabatında deyilir. Audit "Ernst and Young Holding CIS B.V." tərəfindən aparılıb.
Aktivlərin 668,835 mln. manatı uzunmüddətli, 232,831 mln. manatı isə cari aktivlərdir. Uzunmüddətli aktivlərin strukturunda 589,163 mln. manatı (+0,56%) gəmilərin, əsas vəsaitlərin, 1,794 mln. manatı (+54,66%) qeyri-maddi aktivlərin, 61,576 mln. manatı uzunmüddətli avans ödənişlərinin, 16,302 mln. manatı (-53%) təxirə salınmış vergi aktivlərinin payına düşür.
Cari aktivlərin strukturuna nəzər saldıqda isə məlum olur ki, burada mal-material ehtiyatlarının payı 63,97 mln. manat (+7,40%), ticarət və digər debitor borclarının payı 143,201 mln. manat (+25,68%), vergilər üzrə debitor borclarının payı 15,306 mln. manat (+4 dəfə), qısamüddətli avans ödənişlərinin payı 6,121 mln. manat (+61,08%), pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinin payı 4,205 mln. manatdır (+5,5 dəfə).
Dövlət şirkətinin öhdəlikləri 14,68% və ya 16,216 mln. manat azalaraq 94,257 mln. manata çatıb ki, bunun da 59,489 mln. manatı cari, 34,768 mln. manatı isə uzunmüddətlidir.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin ticarət və digər kreditor borcları 37,558 mln. manatdır. 2015-ci ilin sonuna isə bu göstərici 50,051 mln. manat təşkil edib. Bununla yanaşı, dövlət şirkətinin 29,643 mln. manat (2015-ci ilin sonuna 3,819 mln. manat) məbləğində uzunmüddətli kreditləri var.
Hesabat dövründə QSC-nin sosial xərcləri 4,031 mln. manat (+35,5%), ümumi və inzibati xərcləri 60,945 mln. manat (+97,11%), digər əməliyyat xərcləri 18,288 mln. manat (+96,50%) təşkil edib. Qeyd edilən dövr ərzində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin maliyyə xərcləri 1,596 mln. manat olub.
Ötən il ərzində dövlət şirkəti gəmilərin, əsas vəsaitlərin silinməsindən 1,245 mln. manatlıq zərər edib.
Şirkət ötən il nizamnamə kapitalını 14,77% və 56,630 mln. manat artıraraq 440,051 mln. manata çatdırıb, məcmu kapital isə 16,45% və ya 114,039 mln. manat artaraq 807,409 mln. manat təşkil edib.
2016-cı ildə mənfəət vergisinə 40,158 mln. manat yönəldən QSC hesabat dövrünü 108,266 mln. manatlıq mənfəətlə başa vurub.
© APA
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
- 16 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
46 d. əvvəl
Mərkəzi Bank fırıldaqçılıq statistikasını açıqladı - 6 AYDA KARTLARDAN 1,4 MİLYON MANAT OĞURLANIB
-
1 saat əvvəl
Qızılın qiymətilə bağlı yeni proqnoz - "Qiymət çox şişmişdi"
-
1 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir
-
1 saat əvvəl
Şahdağda yeni layihə: 20 hektarda kotteclər və yaşayış kompleksləri inşa olunacaq
-
2 saat əvvəl
Neft Fondunun aktivləri xarici dövlət borcunu 13 dəfə üstələyir
-
2 saat əvvəl
Mərkəzi Bankın sədrindən "Bank BTB"nin vəziyyəti barədə açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
"37 aylıq idxalı ödəyə biləcək məbləğdə valyuta ehtiyatlarımız var"
-
3 saat əvvəl
Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 3 dəfəyədək artıb
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

CFI-ın ticarət dövriyyəsində yeni rekord

Mərkəzi Bank fırıldaqçılıq statistikasını açıqladı - 6 AYDA KARTLARDAN 1,4 MİLYON MANAT OĞURLANIB

Qızılın qiymətilə bağlı yeni proqnoz - "Qiymət çox şişmişdi"

Mərkəzi Bankın sədrindən "Bank BTB"nin vəziyyəti barədə açıqlama

Oktyabrın 23-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

"37 aylıq idxalı ödəyə biləcək məbləğdə valyuta ehtiyatlarımız var"

Qazaxıstan Azərbaycanın KOB evi modelinin tətbiqinə maraq göstərir

Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, Gürcüstana gedənlərin sayı isə artıb

Azərbaycana daha az turist gəlib - Körfəz və MDB ölkələrindən gələnlərin sayı düşüb

"Tək Taleh Kazımovun yox, əhalinin də Manata inamı artır"
