PAŞA Bankdan bizneslərin inkişafına töhfə verəcək növbəti yenilik
Yeni platforma vasitəsilə sahibkarlar həm satınalma əməliyyatlarını həyata keçirə, həm də yeni bizneslərlə tərəfdaşlıq etməyə başlaya bilərÖlkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank, müştərilərin biznes proseslərinin səmərəliliyinin artırılmasını hədəfləyən növbəti yeniliyi təqdim edib.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, PAŞA Bank tərəfindən hazırlanan biznesin inkişafına yönəlmiş yeni platforma vasitəsilə sahibkarlar həm satınalma əməliyyatlarını həyata keçirə, həm də yeni bizneslərlə tərəfdaşlıq etməyə başlaya bilər. Müştərisi olduğu bankdan asılı olmayaraq istənilən biznes sahibinə bu platformaya qoşulmaq, satışları artırmaq, daxili təchizat üçün bazardan ən uyğun qiymət təklifləri almaq və ümumilikdə xərcləri azaltmaq imkanı verilir.
Bütün iş adamlarını bir platformada cəmləyəcək bu yenilik vasitəsilə PAŞA Bank, alqı-satqı əməliyyatlarını daha güvənli və sürətli həyata keçirmək fürsəti yaradır. Əsas məqamlardan biri də, bu platformaya ödənişsiz əsaslarla qoşulmaq imkanının olmasıdır. Beləliklə, iş adamları platforma vasitəsilə həm öz bizneslərini tanıda, həm də tərəfdaş şəbəkəsini genişləndirə bilər.
Biznesin inkişafı platformasında qeydiyyatdan keçmək üçün bu səhifəyə daxil olun: https://bit.ly/38G8WVn
Əlavə məlumat üçün (+99451) 229 77 83 nömrəsinə zəng edə və ya [email protected] elektron poçt ünvanına müraciət göndərə bilərsiniz.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
11 d. əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
2 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Ən çox oxunanlar
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı























