Yapon investorlarından Britaniya səhm bazarına nəhəng yatırım
5 milyard funt-sterlinq! Bu, 2005-ci ildən bəri ən böyük aylıq sövdələşmədir.Yaponiyanın Maliyyə Nazirliyi bu həftə ilin əvvəlindən aparılan qlobal maliyyə əməliyyatlarının həcmini açıqlayıb.
Marja-nın məlumatına görə, məlum olub ki, son 5 ildə ilk dəfə olaraq yapon investorları Böyük Britaniyanın dövlət istiqrazlarına ən iri həcmli kapital qoyuluşu edib. Bu ilin yanvar ayında yaponlar ingilislərdən 714 milyard yen (5 milyard funt-sterlinq) həcmində qiymətli kağız satın alıb.
Ötən il dekabrın 30-da Avropa İttifaqı ilə Böyük Britaniya arasında imzalanan yeni Azad Ticarət və Əməkdaşlıq Sazişi və Brexitlə bağlı iqtisadi narahatçılığın azalması fonunda investisiya menecerləri öz portfellərində Britaniya istiqrazlarının payını artırmaqda qərarlıdır.
“Brexitlə bağlı qeyri-müəyyənlik arxada qalıb, bu isə investorlarda əminliyi artırır” - Yaponiyanın MUFG bankının dünya bazarlarının araşdırılması departamentinin rəhbəri Derek Halpenni bildirir. Onun sözlərinə görə, yeni yatırımlar onu göstərir k, investorlar “uzun müddətli investisiya çatışmazlığı” dövründən sonra istiqraz portefilində normal vəziyyətə qayıdır.
Xatırladaq ki, 2016-cı ildən - Britaniyada keçirilən referendumda Avropa İttifaqından çıxmaq barədə qərar verilməsindən sonra yapon investorları 2020-ci ilə qədər öz portfellərində olan Britaniya istiqrazlarını satmağa üstünlük verirdilər. Bu müddətdə demək olar ki, heç bir iri səhmdar ingilislərin qiymətli kağızlarına maraq göstərməyib, çünki investisiya riskinin həddən artıq yüksək olduğu qənaətində idilər.
Yaponiyanın aparıcı maliyyə xidmətləri şirkəti Nomura Hondings-in baş iqtisadçısı Hideki Kişida qeyd edir ki, yanvar ayında baş tutan alqı-satqı Yaponiyanın pensiya fondlarının və həyat sığortası şirkətlərinin Britaniya bazarına marağının yenidən canlandığını göstərir. Ümumiyyətlə, xarici dövlətlərin borc kağızları yapon təqaüdçüləri və sığortaçılar üçün cəlbedici gəlir vasitəsidir, çünki Yaponiyanın suveren dövlət istiqrazları ilə müqayisədə ABŞ və Avropa obliqasiyaları daha yüksək gəlirlilik vəd edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
20 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















