Azərbaycan Beynəlxalq Bankında “Yaz fürsəti”
(®️) Azərbaycan Beynəlxalq Bankı Yaz mövsümü ərəfəsində yeni, möhtəşəm “Yaz fürsəti” kampaniyasına start verib. Kampaniya çərçivəsində eyni zamanda bankın bir neçə məhsulları üzrə xüsusi imtiyaz və endirimlər təklif edilir. “Yaz fürsəti” kampaniyasında təklif edilən şərtlər aşağıdakı kimidir:
- Martın 31-dək davam edəcək “Yaz fürsəti” kampaniyası çərçivəsində müştərilər TamKart kredit kartını pulsuz əldə edərək kredit faizinə endirim qazana bilərlər. Kredit 18%-dən başlayan illik faiz dərəcəsi ilə, 48 ay müddətinə, 30 000 manatadək təklif edilir.
- Eyni kampaniya çərçivəsində Bankın TamKart debet kartlarını 50% endirimlə əldə etmək olar. Kartları həm Bankın filiallarında, həm də rəsmi internet səhifəsində onlayn sifariş vermək mümkündür.
- Nağdsız ödənişlərindən millər toplayıb pulsuz səyahət imkanı qazanmaq istəyənlər isə Azərbaycan Beynəlxalq Bankının “Yaz fürsəti” kampaniyasından faydalana bilərlər. Belə ki, Bankın belə bir imkanı yaradan IBA Miles kartları indi müştərilərə endirimli qiymətlə təklif edilir. Müştərilər martın 31-dək IBA Miles kartlarını onlayn sifariş əsasında 30% güzəştlə əldə edə bilərlər. Üstəlik, kart onlayn sifariş edildikdə müştərinin ünvanına pulsuz çatdırılır.
- “Yaz fürsəti” kampaniyası çərçivəsində 18 - 28 mart tarixləri aralığında TamKart sahibləri alış-verişlərini Azərbaycan Beynəlxalq Bankının partnyor şəbəkəsində bu kartla etdikdə daha çox kəşbək və endirimlər qazanacaqlar. Bankın partnyor şəbəkəsi ilə buradan ətraflı tanış ola bilərsiniz.
“Yaz fürsəti” kampaniyasının sadalanan imtiyazlarından indi hər kəs faydalana bilər. Kampaniya barədə daha ətraflı: https://ibar.az/yazfurseti
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
6 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
6 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
6 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
8 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb














.jpg)








