Ən yuxarı (mobil)-2_30

“Daşkəsən” filizi sahəsinin ilkin qiymətləndirilməsi avqustadək yekunlaşacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Daşkəsən” filizi sahəsinin ilkin qiymətləndirilməsi avqustadək yekunlaşacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AzerGold” QSC koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejimi dövründə Nazirlər Kabineti tərəfindən qəbul edilən qərar və qaydalara riayət etməklə fəaliyyətini icra edib.

Bu barədə şirkətdən bildirilib.

Məlumata görə, Cəmiyyətin bütün sahələri üzrə fəaliyyəti plana uyğun olaraq tam qrafik üzrə yerinə yetirilib.

Bildirilir ki, Azərbaycan Prezidentinin 6 avqust 2020-ci il tarixli Sərəncamına uyğun olaraq regionun ən nəhəng dəmir filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsinin istismara verilməsi ilə bağlı İlkin qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində ötən il sahədə 7 830 metr həcmində buruq-qazma işləri icra edilib. İlkin qiymətləndirmə sənədinin hazırlanması işlərinin 2021-ci ilin avqust ayına qədər tamamlanması nəzərdə tutulub. Bu sənəd çərçivəsində yataq üzrə cari ildə geoloji işlərinin davam etdirilməsi və metallurji tədqiqatların aparılması planlaşdırılır. Qeyd edilən işlərin nəticəsində filizlərin bir qisminin daha sürətli şəkildə hasilata verilməsi potensialı qiymətləndiriləcək.

Həmçinin, ötən il “AzerGold” QSC tərəfindən ümumilikdə 75 778 metr buruq-qazma işləri görülüb. İcra edilmiş buruq-qazma həcmi ölkənin dağ-mədən sənayesi üzrə rekord göstərici hesab olunur. Xatırladaq ki, Cəmiyyət tərəfindən 2019-ci il ərzində 47 min metrdən çox buruq-qazma işləri icra edilib. Ötən ilin müvafiq göstəriciləri 2019-cu illə müqayisədə 61,2 % çoxdur.

AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!

“Report”

09.03.2021 14:46

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18