Sənaye nəhəngi biznesinin bir hissəsini satır - 30 MİLYARD DOLLARLIQ SÖVDƏLƏŞMƏ
General Electric şirkəti aviasiya lizinq bölməsini 30 milyard dollara əsas rəqiblərindən birinə satırABŞ-ın ən böyük sənaye qruplarından biri olan General Electric özünün aviasiya lizinq bölməsini (Gecas) İrlandiyanın AerCap təyyarələrin lizinqi qrupuna 30 milyard dollardan artıq qiymətə satmağa yaxındır.
Marja xəbər verir ki, sənaye nəhənginə yaxın olan mənbələrin bildirdiyinə görə, General Electric Kapital Aviasiya Xidmətlərini (Gecas) AerCapla birləşdirəcək sövdələşmə barəsində bazar ertəsi rəsmi açıqlama verilə bilər.
Bu sövdələşmə 2018-ci ildən etibarən General Electricə rəhbərlik edən Larri Kalpın sənaye qrupunun biznes fəaliyyətini yenidən təşkil etmək və biznes modelinə uyğun gəlməyən sahələrdən azad olmaq tədbirlərinin tərkib hissəsidir.
Məlumat üçün bildirək ki, General Electric Kapital Aviasiya Xidmətləri aktivində 1700-dən artıq təyyarə ilə qlobal miqyasda aviasiya lizinq şirkətləri arasında liderlərdən biridir. Şirkət əsasən Boeing və Airbus kimi nəhənglərdən təyyarələr alır və onları müxtəlif aviasiya kompaniyalarına icarəyə verir.
General Electricin əsas problemləri hələ 2008-ci ildə baş vermiş qlobal maliyyə böhranından ciddi ziyan çəkmiş maliyyə bölməsi olan Kapital Xidmətlərindən qaynaqlanır. Son beş ildə şirkət özünün bir sıra böyük aktivlərini satmışdır, bunların sırasında 21 milyard dollara Danaher şirkətinə satılmış biotexnologiya bölməsi və neft xidmətləri sahəsində ixtisaslaşmış Baker Hughes şirkətindəki paylarını göstərmək olar. 2019-cu ildə isə Bloomberg xəbər verirdi ki, Apollo Global Management özəl investisiyalar qrupu Gecas-ı 40 milyard dollara almaq niyyətindədir.
General Electriclə sövdələşmə rəsmiləşərsə, AerCap özünün əsas biznesini daha da genişləndirəcəkdir. Şirkət hələ ötən il Norveçin çətin vəziyyətdə olan dövlət şirkəti Norwegian Air Shuttle-ın 15.9 faiz paylarını almaqla, onun ən böyük səhmdarına çevrilmişdir. 2013-cü ildə isə həmin vaxt aviasiya lizinq xidmətlərində qlobal lider olan International Lease Finance Corporation-u 7.6 milyard dollara almışdır və bundan sonra bazarda əsas pay sahibidir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
6 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir




















