ADY-nin "2030 Korporativ Strategiya"sına dair növbəti müzakirələr aparılıb
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) "2030 Korporativ Strategiya"sının hazırlanması məqsədi ilə dünyanın aparıcı şirkətlərindən olan "McKinsey&Company" ilə imzalanmış müqaviləyə əsasən icra edilən layihə ilə əlaqədar videokonfrans keçirilib.
ADY-dən "APA-Economics"ə verilən məlumata görə, QSC-nin sədri Cavid Qurbanov bildirib ki, dəmir yolu sahəsinə diqqətin artırılması və aparılan islahatlar nəticəsində Cəmiyyətin maliyyə öhdəliyi optimallaşdırılıb, dəmir yolu infrastrukturunun və hərəkət tərkibinin yenilənməsi istiqamətində işlərə başlanılıb və əməliyyat səmərəliliyi inkişaf etdirilməkdədir. O həmçinin ölkənin iri dövlət qurumlarında korporativ idarəetmənin təkmilləşdirilməsi istiqamətində atılmış addımları vurğulayaraq, dəmir yolu sektorunun inkişaf etdirilməsində birgə səylərin vacibliyini qeyd edib.
Qeyd olunub ki, torpaqlarımızın işğaldan azad olunması nəticəsində Naxçıvanla dəmir yolu əlaqəsinin qurulması regional nəqliyyat axınlarına təsir imkanlarını genişləndirəcək və nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.
Videokonfransda məsləhətçi şirkətin nümayəndələri layihənin gedişatı barədə təqdimat edib. Dəmir yolu sektoru üzrə beynəlxalq ekspertlər tərəfindən bu sahədəki ən uğurlu təcrübə nümunələri təqdim olunub və müvafiq məsləhətlər verilib, Cəmiyyətin strateji məqsədləri və digər məsələlər müzakirə edilib.
Görüşdə ADY-nin kommersiya potensialının artırılması və qlobal yüklərin cəlb edilməsi, həmçinin regionda baş verən sosial-iqtisadi mövzuların dəmir yolu sektoruna təsiri məsələlərindən də danışılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
18 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
20 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























