Avtomobillərin kasko sığortası. Təminatlar və imtina səbəbləri
Hər bir yeni avtomobil sahibi onu bütün kənar təsirlərdən qorumağın üsullarını axtarır. Bir qrup insan göz muncuğu taxmaq və dua yazdırmaqla, digər bir qrup isə onu keyfiyyətli şəkildə xidmət göstərən sığorta şirkətində kasko sığortalatdırmaqla bu axtarışı sonlandırır.
Mövzu çərçivəsində kasko sığortasının Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənməsi xüsusiyyətlərindən bəhs edəcəyik. Kasko, yəni gövdə sığortası avtomobilin üzləşəcəyi fəlakətlər, üçüncü şəxslərin hərəkətləri və bu kimi hallar nəticəsində zərərlərin kompensasiya etdirilməsi üçün tətbiq edilir.
Onu da qeyd edək ki, hüquqi şəxslərin avtomobillərinin kasko sığortası sığorta şirkətlərinin öz qaydaları ilə, fiziki şəxslərin sığortası isə səlahiyyətli orqanın təsdiq etdiyi vahid qaydalarla tənzimlənir.
Nəzarət orqanı tərəfindən müəyyən edilən qaydalarla aşağıdakı hallara təminat verilir:
- avtonəqliyyat hadisəsi
- atılmış və ya düşmüş əşya (avtomobilin hissələrinə zərər vurmadan rəng örtüyünün nöqtə şəklində zədələri istisna olaraq təminata daxil edilmir)
- üçüncü şəxsin qanunazidd hərəkəti
- oğurluq, quldurluq, qaçırma və soyğunçuluq
- yanğın və partlayış
- təbbi fəlakət
- heyvanların hərəkəti (salona dəyən zərər nəzərə alınmır)
- avtokasko, yəni bütün təminatların cəmi.
Bu kimi təminatlara baxmayaraq xüsusi qeyd yoxdursa, fiziki şəxslərin kasko qaydaları ilə aşağıdakı hallarda baş verən zərərlər ödənilmir:
- təyinatı üzrə istifadə edilməyən avtomobilin zərəri (misal: sərnişin üçün nəzərdə tutulan avtomobil yük daşıyarsa)
- müqavilədə sürücü kimi göstərilməyən şəxsin idarəetməsi halında baş verən zərərlər (təmir müəssisəsində yaxud avtoyumada usta və ya yuyucu idarəedərkən baş verən zərərlər təminatdadır)
- sərxoş halda idarəetmə
- hərbi vəziyyət rejimi üzrə (əməliyyat, terror, iğtişaş kimi hallarda) idarəetmə zamanı baş verən zərərlər
- təlim zamanı yaxud yarışlarda baş verən zərərlər
- sığortaladan şəxsin (sığortalı) və ya sürücünün (sığorta olunan) tərəfindən qəsdən vurulan zərərlər
- ailə üzvləri tərəfindən qaçırılma zamanı dəyən zərərlər
- havalimanı və ya hərbi bazada təyyarə zolağında baş verən zərərlər
- dərman qutusu, dayanma nişanı, qeydiyyat nömrəsinin oğurlanması
- təkcə şinlərin zədələnməsi
- təkcə rəngin qopması
- qapının, pəncərələrin, lyukun və ya baqajın açıq, açarın nəzarətsiz qalması nəticəsində maşının yaxud içərdəki əşyaların oğurlanması
- sürücü və ya sərnişinlərin salondakı əşyalarına dəyən zərərlər.
Qeyd edək ki, bu istisna olaraq təminata düşməyən halları müqavilədə qeyd etməklə əlavə etmək olar. Həmçinin avtomobilin hadisə zamanı rəsmi servisdə təmir etdiriləcəyini qeyd etdirmək də mümkündür.
Xatırladaq ki, hüquqi şəxslərə məxsus avtomobillər sığorta şirkətləri tərəfindən nəzarət orqanı Maliyyə Nazirliyi olan zamandan qalma daxili qaydalarla tənzimləndiyi üçün sürücünün barəsində inzibati xəta protokolu tərtib edilən bir çox hallara görə ödəniş verməkdən imtina edilməsi mümkündür. Bu qaydalar üzrə xüsusi həssaslıqla müqavilə bağlanmalı olduğu üçün "İnsurance Consulting Service" MMC müştərilərinə öz dəstəyini göstərir.
Müəllif: “İnsurance Consalting Service” MMC-nin direktoru Aqil Nuriyev
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA







.jpg)












.jpg)




