“GoldenPay”dən “Hesab Shop” layihəsi - TEXNOLOGİYALAR PARKININ REZİDENTİ OLDU

(®️) “GoldenPay” ASC-nin “Hesab Shop” layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib.
Azərbaycanın ilk və ən böyük onlayn ödəniş platforması Hesab.az hər zaman keyfiyyətli, peşəkar xidmət göstərmiş və fəaliyyətə başladığı ilk gündən mövcud olduğu bazarda rəqabət üstünlüyü ilə seçilmişdir. Xüsusən pandemiya dövründə onlayn sahəyə olan maraq və insanların bir çox vərdişlərinin dəyişməsi bu sahədə Hesab.az-a fəaliyyət istiqamətlərini daha da genişləndirməyə stimul vermiş oldu. Sahib olduğu istifadəçi kütləsinə daima ən son texnoloji yeniliklərə uyğun xidmət göstərməyi hədəfləyən Hesab.az, onlayn ticarət sahəsi üzrə çoxdandır gözlənilən yeni layihəsini rəsmi olaraq rezidentlik qeydiyyatına alındığını elan etdi.
Ötən günlərdə “QoldenPey” ASC-nin İdarə Heyətinin sədri Naina Mehdiyevaya, İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli tərəfindən “Hesab Shop” layihəsi üçün qeydiyyat şəhadətnaməsi təqdim olundu.
Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti olan “Hesab Shop” layihəsi - onlayn ticarət sahəsində kiçik, orta və böyük şirkətlər üçün internet üzərindən yeni satış kanalına imkan yaradan elektron ticarət platformasıdır.
Hesab.az, HesabShop layihəsi ilə ölkə bazarında keyfiyyətli və peşəkar onlayn ticarət platformasını istifadəyə verərək, böyük bazar payına sahib olmağı hədəfləyir. Eyni zamanda layihənin əsas məqsədlərindən biri olaraq, kiçik, orta və böyük şirkətlər üçün əlverişli ticarət platforması təmin etməkdir. İstifadəçilər üçün də, rahat və istifadəsi olduqca asan bir alış-veriş platforması olacaq.
Qlobal e-ticarət şirkətlərinin təcrübə və yeniliklərini mövcud bazarda tətbiq edərək, e-ticarət sahəsi üzrə də xidmət sferasını genişləndirmiş olacaq.
Qeyd edək ki, rezidentlər yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, texnoparkda fəaliyyətin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və elmi tədqiqatların aparılması məqsədilə istehsal sahəsi ilə təmin ediləcək. Həmçinin, texnologiya parklarının rezidentləri - texnologiya parklarının qeydiyyat şəhadətnaməsini alan və orada fəaliyyət göstərən sahibkarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanununda onlar üçün nəzərdə tutulan bir sıra güzəştlərdən yaralana biləcəklər. Belə ki, rezidentlər texnologiya parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azaddırlar.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 6 d. əvvəl
-
- 12 d. əvvəl
-
33 d. əvvəl
Türkiyənin daha bir restoranlar şəbəkəsi Azərbaycan bazarına daxil olub
-
37 d. əvvəl
Azərbaycan və Avropa İttifaqı yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar
-
50 d. əvvəl
"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
- 1 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
Son Xəbərlər

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmir işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ
Ən çox oxunanlar

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank 96 ədəd RAM alır
