Əti və yumurtasına tələbat artıb - ALICILARA 2 MANATA TƏKLİF EDİLİR
Son vaxtlar ölkədə quşçuluq təsərrüfatlarına maraq xeyli artıb. Bunlardan biri də bildirçin təsərrüfatıdır. Cənub bölgəsində bu sahə ilə məşğul olan iri quşçuluq müəssisələri olmasa da, bəzi fermerlər kiçik təsərrüfatlarda bildirçin bəsləyirlər.
Gəlirli sahə olduğu üçün bölgədə bildirçin bəslənilən kiçik təsərrüfatların sayı artıb. Lənkəranlı fermer Rauf Mahmudov da belə təsərrüfat sahiblərindən biridir. Onun təsərrüfatında hazırda 100-dən çox bildirçin var: “Hər beş gündən bir bildirçin yumurtasını inkubator aparatına yığırıq. 14-15 günə aparatdan 200-300 bildirçin balası çıxır. Qırx beş günə yetişir, kəsilmək halına gəlir və 50-55 günə yumurtaya düşür. Əgər 100 baş bildirçin saxlasaq, gündə 90-95 yumurta almaq olur”.
Rauf Mahmudovun sözlərinə görə, bildirçin yumurtasının tərkibində olan müxtəlif maddələr - A, B1 və B2 vitamini toyuq yumurtasında olan vitaminlərdən daha çoxdur. Bununla yanaşı, bildirçin ətinin də insan üçün faydaları olduqca böyükdür. “Bildirçin yumurtasının faydası ürək-damar sistemi xəstəlikləri, böyrək daşlarının əriməsi üçün çox xeyirlidir. Kiçik uşaqlarda əqli qabiliyyəti artırmaq üçün istifadə edilir. Artıq insanlar bildirçin ətinin, yumurtasının faydalarından xəbərdardırlar. Keçənilkinə nisbətən bu məhsullarla maraqlananlar daha çoxdur”, - deyə Rauf Məmmədov qeyd edib.
Diri çəkisi təxminən 200 qram olan bildirçin alıcılara 2 manata, yumurtası isə 15-20 qəpiyə təklif olunur. Bildirçinin qidalanmasına gəlincə, əsasən təbii, minerallarla zəngin qidalardan istifadə edilir.
İşçi Zəminə Şabanova bildirib ki, bildirçinlərə qidalı yem verirlər: “Şüyüd, keşniş, cəfəri istifadə edirik. Bildirçinin əti dadlı olur. Bu quşa tələbat çoxdur. Yerlərini vaxtı-vaxtında təmizləyirik ki, hər hansı xəstəliyə yoluxmasın”.
Bildiçinlər çöl quşları olduğu üçün bir çox xəstəliklərə davamlıdır. Ona görə də onların peyvənd edilməsinə ehtiyac qalmır. Amma bununla belə, baytar mütəxəssislər bütün quşçuluq təsərrüfatlarını daim nəzarətdə saxlayırlar.
Lənkəran Baytarlıq İdarəsinin rəisi Əzizağa İskəndərov deyib ki, mütəmadi olaraq baytarlıq idarəsi və Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən quş qripi xəstəliyinə qarşı nümunələr götürülür və müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilir. Bu günədək aparılan analizlər nəticəsində quş qripi xəstəliyi aşkar olunmayıb.
Azərtac
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
6 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
8 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
9 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)
.jpg)




.jpg)


.jpg)








