Agentlik Avropa Bankı ilə müzakirələr aparıb
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələri arasında onlayn görüş keçirilib.
AERA-dan bildirilib ki, görüş EBRD-nin həyata keçirdiyi “Azərbaycan Respublikasında yeni yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində baş tutub.
Görüşdə AERA-nın idarə heyətinin sədri Samir Axundov, EBRD-nin London ofisində layihə üzrə baş məsləhətçisi Vesselina Haralampieva, enerji məsələləri üzrə baş iqtisadçısı Cuzeppe Qrimaldi və qurumun digər nümayəndələri, həmçinin “DNV GL” şirkətinin aparıcı məsləhətçisi və layihə rəhbəri Konstantin Petrov və digər məsləhətçilər iştirak ediblər.
S.Axundov görüş iştirakçılarına layihənin ikinci mərhələsinin gedişatından danışıb və bu mərhələdə görülmüş işlərə toxunub. O, EBRD tərəfini “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsinin aidiyyəti təşkilatlarla razılşadırılmasına dair aparılan işlər barədə məlumatlandırıb.
İdarə heyətinin sədri layihə çərçivəsində görülən işlər barədə məlumat verib və bildirib ki, ötən müddət ərzində normativ hüquqi sənədlərin hazırlanması üzrə yaradılmış 5 işçi qrup tərəfindən intensiv və məhsuldar işlər aparılıb.
Layihənin digər istiqamətinə gəldikdə isə, o qeyd edib ki, AERA əməkdaşlarının bilik və bacarıqlarının artırılması, potensialının gücləndirilməsi istiqamətində 2 pilot mövzü seçilib, həmin mövzularda bir sıra görüş və müzakirələr təşkil edilib. Keçirilmiş görüşlərin nəticələrini yüksək qiymətləndirən S.Axundov növbəti mərhələdə EBRD tərəfi ilə birlikdə digər mövzuların seçilməsi istiqamətində müzakirələrin aparılacağını da diqqətə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
- 14 d. əvvəl
-
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
-
27 d. əvvəl
“Fırtına Su Sistemləri” Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac həyata keçirir
- 50 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
İki KOB klaster şirkətində 20-dən çox KOB birləşəcək
Amerikanın yükdaşıma nəhəngi 48 min nəfəri işdən çıxarıb
Microsoft-un OpenAI-dəki payı 27 faizə çatacaq
Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötdü
Bakı metrosunda gediş haqqının bank kartları ilə ödənilməsi sistemi test rejimində istifadəyə verilib
Rəsmi məzənnələr açıqlandı
Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.















.jpg)










.jpg)
