Turizm tarixinin ən pis ili - 74% azalma, 1,3 trilyon dollar itki
2020-ci ildə dünya turizm sektorundakı iqtisadi itki 1,3 trilyon dollar olub. Sektorda 100 - 120 milyon civarında məşğulluq risk altındadır.
Mərkəzi ofisi Madriddə yerləşən Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı (DTT) yeni növ koronavirus (Kovid-19) pandemiyası ilə əlaqədar 2020-ci ildə dünyada beynəlxalq səyahət edənlərin sayının 2019-cu illə müqayisədə 74% azaldığını açıqlayıb.
Marja xəbər verir ki, "Turizm tarixinin ən pis ili" ifadəsini istifadə edən DTT, pandemiya ilə əlaqədar tətbiq edilən səyahət məhdudiyyətlər ilə turizm sektorunda, keçmişdə bənzəri olmayan bir böhranın yaşandığını vurğulayıb.
DTT, pandemiyadan əvvəlki yaxın tarixdə turizmdəki ən mənfi məlumatların dünyadakı turist sayında 4% azalma olduğu 2009-dakı qlobal iqtisadi böhran dövründə görüldüyünü, ancaq mövcud vəziyyətin müqayisə edilə bilinməyəcək qədər pis olduğunu vurğulayıb.
Kovid-19-un 2020-ci ildə turizm sektorunda təxminən 1,3 trilyon dollar iqtisadi itki yaratdığı və bu rəqəmin, 2009 qlobal iqtisadi böhranı əsnasında qeyd edilən itkilərdən 11 dəfə daha çox olduğuna işarə edilib.
Mövcud böhrandan, dünya turizm sektorunda əksəriyyəti kiçik və orta biznes olmaqla 100 - 120 milyon turizm məşğulluğunun da risk altında olduğu vurğulanıb.
Dünyada 2020-də turist sayı ən çox azalan bölgə, 84% ilə Asiya və Sakit Okean bölgəsi olub. 2019-cu illə müqayisədə 2020-ci ildə 71%-lik azalmanın olduğu Avropada isə turist sayının 500 milyondan çox gerilədiyi qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
"Yaxın gələcəkdə regionda nəqliyyat əlaqələri açılacaq, bu, mədənçıxarmada yeni imkanlar yaradacaq"
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
25 d. əvvəl
Türkiyədə sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb - illik inflyasiya 16 ay sonra artıb
-
29 d. əvvəl
"Tənzimləyici qurumların bazar iştirakçısı olması sistemli risk yaradır"
- 31 d. əvvəl
- 35 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
Mirzoyan: Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABŞ-da işdən çıxarmaların sayı 2020-dən bəri ən yüksək səviyyəyə çatıb
-
1 saat əvvəl
"ANG" şirkətinə 9,1 milyon manatlıq sifariş - AĞDAMDA BİNALAR TİKƏCƏK
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Türkiyədə sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb - illik inflyasiya 16 ay sonra artıb

"Neftçala Sənaye Məhəlləsi tam dolub"

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Macarıstan Fransa şirkətindən qaz alacaq
Ən çox oxunanlar

OpenAI-nın Sora tətbiqi təqdimatdan sonra viral oldu

Bank Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Çin elektrikli avtomobil istehsalçılarının səhmləri Tesla-nın açıqlamasından sonra ucuzlaşıb

Hitachi və OpenAI enerji və süni intellekt sahəsində əməkdaşlığa başladı — Səhmlər kəskin bahalaşdı
