“One Smart Star Azərbaycan” şirkəti təqaüd proqramı elan edir
Ölkənin bir çox nüfuzlu şirkətlərinin istifadə etdiyi qısa nömrə xidməti “One Smart Star Azərbaycan” sosial məsuliyyətini daim öndə tutaraq Vətən Müharibəsi iştirakçılarına və şəhid ailələrinə dəstəyi davam etdirir.
“One Smart Star Azərbaycan” bu məqsədlə təqaüd proqramı elan edir.
Şirkət elan etdiyi təqaüd proqramı ilə şəhid və qazi ailələrinin övladlarından yüksək bal toplamış, xarici universitetlərə, xüsusilə İsrailin qabaqcıl texnologiya universitetlərinə qəbul olunan tələbələrdən birinin təhsil xərclərini öz öhdəsinə götürür.
Şirkət müasir dünyanın tələbinin texnologiya sahəsində ixtisaslaşmaq və bu sahənin 21-ci əsrdə ölkəmizin dayanıqlı inkişafının təməli olduğunu nəzərə alaraq təqaüd üçün məhz bu sahədə qabaqcıl İsrail universitetlərini seçib. Dünyada “Start up nation”, yəni Startuplar ölkəsi kimi tanınan - innovasiyanın “beşiyi” kimi qəbul olunan İsrail yüksək texnologiya universitetləri ilə fərqlənir. Ölkə adam başına düşən start up-ların sayına görə (hər 1400 adama 1 Start up) dünyada birinci yerdədir və hətta Silikon vadisini də qabaqlayır.
Tələbənin bütün xərclərini ödəyəcək məbləği əhatə edən təqaüd müsabiqə yolu ilə təqdim ediləcək. Müsabiqə şərtləri yaxın vaxtlarda şirkətin koorporativ saytında (www.ossn.az) açıqlanacaq.
Şirkət rəsmiləri bildirib ki, gələcəkdə proqramın genişləndirilməsi, İsraillə yanaşı digər ölkələri də əhatə etməsi planlaşdırılır.
“One Smart Star Azərbaycan” həm də ölkəmizin ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə iştirak edən şəhid və qazi ailələrinə dəstək olmaq məqsədilə “YAŞAT” Fonduna 5 min manat köçürüb.
Qeyd edək ki, Şirkət bundan əvvəl də Azərbaycan əsgərinə öz dəstəyini göstərib. Hələ Vətən Müharibəsinin davam etdiyi dövrdə “One Smart Star Azərbaycan” Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat məbləğində maliyyə yardımı köçürüb.
Xatırladaq ki, One Smart Star (OSS) dünyada sürətlə yayılan, korporativ müştərilərə özlərini rəqiblərindən fərqləndirməyə kömək edən, şirkətin bütün əlaqə məlumatlarını tək, sadə, asan, yaddaqalan ulduzlu nömrədə cəm edən yeni qabaqcıl texnologiyadır. One Smart Star sistemi Azərbaycan daxili biznes sektorunda artıq 10 ilə yaxındır fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















