Saxlamada olan qiymətli kağızların həcmi 45 milyard manata çatıb
15 yanvar 2021-ci il tarixində Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin keçən ilin yekunlarına həsr edilmiş iclası keçirilmişdir. İclasda təşkilatın struktur bölmələrinin rəhbərlərinin hər bir fəaliyyət istiqamətləri üzrə hesabatları dinlənilmiş, görülmüş işlər və layihələrə dair iştirakçılara məlumat verilmişdir.
Hesabat zamanı məlum olmuşdur ki, 2020-ci ildə MDM tərəfindən ümumi həcmi 1 milyard manatdan yuxarı olmaqla 97 yeni emitentlə müqavilə bağlanmış və xidmət göstərilən emitentlərin sayı 2092-yə çatmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müqavilələr üzrə ümumi həcm göstəricilərində 43% artım müşahidə edilmişdir.
2020-ci ilin sonuna MDM-də saxlamada olan qiymətli kağızların həcmi 5% yuxarı artaraq 45 milyard manat təşkil etmişdir. Saxlamada olan səhmlərin həcmində 22 milyard manat olmaqla 3% artıq artım, istiqrazların həcmində 22 milyard manat olmaqla 7% artıq artım, Mərkəzi Bankın notları üzrə 780 milyon manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 1% artıq artım qeydə alınmışdır.
İclasın yekununda, MDM-in 2021-2025-ci illər üzrə dövrü əhatə edəcək Strateji planı haqqında məlumat verilərək bildirilib ki, gələcək 5 il üzrə əsas hədəflər beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə xarici depozitar və qlobal kastodianlarla əlaqələrin qurulması, risklərin idarə edilməsi və komplayns sistemlərinin yaradılması, MDM-in fəaliyyətinin ictimaiyyətə daha geniş işıqlandırılması məqsədilə kapital bazarının təşviqi üzrə müasir informasiya platformasının yaradılması, biznes proseslərin idarə olunması üzrə yeni prosedur çərçivənin formalaşdırılması və MDM-in kadr potensialının inkişaf etdirilməsidir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















