Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
Beynəlxalq Jautıkov Olimpiadasında şagirdlərimiz 15 medal qazanıblar
(®️) 7-12 yanvar 2021-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində 17-ci Beynəlxalq Jautıkov Olimpiadasında Azercell-in dəstəyilə ölkəmizi təmsil edən məktəblilərimiz yüksək nəticələr nümayiş etdiriblər. Riyaziyyat, fizika və informatika fənni üzrə təşkil edilən elm yarışında virtual formada iştirak edən komandalarımız ümumilikdə 15 medal qazanıblar. İnformatika fənni üzrə Azercell-in dəstəyilə bu müsabiqəyə qoşulan məktəblilərimiz 3 medal əldə ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Emin Orucov, Bakı şəhəri 269 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Amin Cəlilov və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.
Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadası başda olmaqla informatika üzrə müxtəlifmiqyaslı beynəlxalq olimipiadalara hazırlıq prosesi “Azercell Telekom” və Azərbaycan Respublikasının Təhsil İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən 2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadası, Asia Pasifik İnformatika Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası, İnformatika fənni üzrə Beynəlxalq Payız Turniri, Beynəlxalq Meqapolislər Olimpiadası, Beynəlxalq Jautıkov Olimpiadası və bir çox müsabiqələrdə uğurla çıxış edərək, 1 qızıl, 6 gümüş və 18 bürünc olmaqla ümumilikdə 25 medal əldə ediblər.
Mobil operator gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən layihələr çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarla şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olub. Bütün bu uğurlu nəticələr, qazanılan medallar informatika üzrə istedadlı şagirdlərin aşkar edilməsi və onların dəstəklənməsi üçün təşəbbüslərin real nəticə verdiyini sübut edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 8 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
11 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
