Unicapital Azərbaycanda ilin ən yaxşı investisiya şirkəti seçilib
(®) Böyük Britaniyanın «International Finance» jurnalının 2020-ci il üzrə araşdırmasına əsasən, «Unicapital İnvestisiya Şirkəti» ASC iki nominasiya üzrə qalib olub.
Araşdırmaların nəticəsi olaraq, Unicapital «Azərbaycanda Ən Yaxşı İnvestisiya Şirkəti -2020» və «Azərbaycanda Ən Yaxşı Broker Xidmətinin Təşkili- 2020» mükafatlarına layiq görülüb.
Mükafat aşağıdakı göstəricilər əsasında təqdim edilib:
- Şirkətin bazardakı payı;
- Müştəri məmnuniyyəti və reputasiya;
- Maliyyə göstəriciləri və inkişaf perspektivi;
- Xidmətlər üzrə müştərilərin sayı və həcmi;
- Anderraytinq xidmətinin keyfiyyəti;
- Portfelin idarə olunması üzrə strategiyalar;
- Əqdlərin sövdələşməsi və maliyyə həlləri;
- Tədqiqat və investisiya məsləhəti;
- Yeni bazarlara çıxış və innovativ yanaşma.
Şirkətin Baş meneceri Tahir Qəribov nominasiyalarla bağlı bunları bildirib: «Uğurumuzu düzgün seçilmiş prioritetlərimizə və peşəkar komandamıza borcluyuq. Unicapital investisiya bazarında mükəmməl reputasiyanı təmin etməklə, bazar iştirakçıları üçün etibarlı tərəfdaş kimi çıxış edir».
Qeyd edək ki, Unicapital 2007-ci ildən etibarən yerli və beynəlxalq bazarlarda qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin, törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Qiymətli kağızlar bazarında geniş təcrübəyə malik olan investisiya şirkəti, fond bazarının peşəkar iştirakçıları arasında əqdlərin həcmi üzrə aparıcı yerlər tutmaqda davam edir.
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İSN/L – 30/2016 nömrəli, 08.01.2016-cı il tarixli lisenziyası əsasında fəaliyyət göstərən “Unicapital İnvestisiya Şirkəti” ASC-nin geniş müştəri bazasına həm fiziki, həm hüquqi şəxslər daxildir. Bazardakı uğurlu təcrübəsinə əsasən, Unicapital Azərbaycan bazarında iştirak etmək istəyən xarici investorlara, həmçinin, beynəlxalq bazarlarda investisiya etmək istəyən fiziki və hüquqi şəxslər üçün etibarlı tərəfdaşdır.
Unicapital müştəriləri 1700-dən çox Azərbaycan şirkətinin qiymətli kağızlarına yatırım edərək, gəlir imkanı əldə edir. Həmçinin, 30-dan artıq ölkənin nüfuzlu şirkətlərinin səhmdarı olmaq Unicapital vasitəsilə hər kəs üçün əhəmiyyətli dərəcədə asanlaşır.
Azərbaycan Respublikası, Bakı şəh., AZ1014, R.Behbudov küç., 55, məhəllə 384 / +99412 541 33 33
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















