Azərbaycan şirkəti Səudiyyə şahzadəsinin iştirakı ilə müqavilələr imzaladı
“Acwa Power” şirkəti ilə qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə müqavilələr imzalanıbEnergetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.
Energetika Nazirliyinin yaydığı məlumata görə, müqavilələrin imzalanması videokonfrans formatında baş tutub.
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səud və hər iki ölkənin səfirlərinin iştirakı ilə müqavilələri Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov və “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “ACWA Power” şirkəti tərəfindən isə İdarə heyətinin sədri Mohammad Abunayyan imzalayıb.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, ölkəmizdə energetika sahəsində bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının 30%-ə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Nazir çıxışında “Energetika sektorunda islahatların surətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamına uyğun olaraq, bərpa olunan enerji sahəsinin inkişafı məqsədilə 10-a yaxın beynəlxalq enerji şirkəti, o cümlədən “ACWA Power” şirkəti ilə əməkdaşlıq əlaqələrindən, şirkətlərin seçim prosesinin şəffaf şəkildə həyata keçirilməsindən, cari ilin yanvar ayında Nazirlər Kabinetində imzalanmış 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı İcra müqaviləsi üzrə görülmüş işlərdən bəhs edib. Həmçinin bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın fəaliyyəti xüsusi olaraq diqqətə çatdırılıb. Enegetika naziri Pərviz Şahbazov deyib:
“Müqavilələrin imzalanması və layihənin icrası ölkəmizdə formalaşmış biznes mühitinə olan inamın göstəricisidir və iqtisadi əməkdaşlığımızda yeni mərhələnin başlanğıcını qoyur. İlk dəfə xarici sərmayə əsaslı belə bir layihənin həyata keçirilməsi nəticəsində külək elektrik stansiyası, təxminən, ildə 1 mlrd. kVt·saat elektrik enerjisi istehsal edəcək, 220 milyon kub metr qazın sərbəstləşməsini təmin edəcək, atmosferə 400 min tondan artıq CO2 emissiyasının atılmasının qarşısını alacaq, yeni iş yerlərinin açılmasına, bəzi istehsal və xidmət sahələrinin yaranmasına yol açacaqdır“.
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səud isə “OPEC plus” çərçivəsində Azərbaycanın öhdəliklərinin icrasını və qlobal neft bazarının sabitləşdirilməsində mühüm rolunu yüksək qiymətləndirib. Külək elektrik stansiyası üzrə imzalanmış müqavilələri isə hər iki ölkənin iqtisadiyyatı şaxələndirmək kursunun nümunəsi kimi dəyərləndirib:
“Bu layihə yalnız ölkələrimiz üçün deyil, dünya üçün əhəmiyyətlidir. Çünki qlobal enerji sektoru çağırşlarla üz-üzədir. Dayanıqlı inkişafa nail olmaq üçün bütün enerji resurslarından istifadə olunmalıdır. Bu gün imzaladığımız layihə bu məqsədə nail olmağa kömək etməklə yanaşı, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı əlaqələri gücləndirəcəkdir. Səudiyyə Ərəbistanı olaraq Azərbaycanın enerji resurslarını şaxələndirmə siyasətində iştirakdan məmnunuq. 240 MVt-lıq layihə Azərbaycanın enerji diversifikasiyasına və bərpa olunan enerji sahəsində irəlilələməsinə töhfə verəcək. “ACWA Power” şirkəti zəngin təcrübəsindən istifadə edərək Azərbaycanın elektrik enerjisinə olan ehtiyaclarını iqtisadi cəhətdən sərfəli və beynəlxalq standartlara uyğun şəkildə ödəmək səylərini dəstəkləyəcək.”
Tədbirdə, həmçinin “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev də çıxış edib. Müqavilə layihələrinin hazırlanması prosesində səhmdar cəmiyyət tərəfindən görülmüş və müqavilələrin imzalanmasından sonra həyata keçiriləcək işlər haqqında məlumat verilib. Bildirilib ki, bu layihənin reallaşdırılması milli iqtisadiyyatımızın inkişafına stimul verəcək, ölkəmizin enerji dayanıqlığının təmin edilməsində xüsusi rol oynayacaq, təbii sərvətimiz olan qaza qənaət etməyə imkan verəcək və ekologiyaya müsbət təsir göstərəcəkdir.
“ACWA Power” şirkəti tərəfindən isə İdarə heyətinin sədri Mohammad Abunayyan layihə çərçivəsində Energetika Nazirliyi və “Azərenerji” ASC ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər haqqında məlumat verib. Hər iki ölkənin energetika nazirlərinin layihəyə dəstəyini yüksək qiymətləndirib. Qeyd edilib ki, COVİD-19 qlobal pandemiyasının mənfi təsirlərinə baxmayaraq həm layihə üzərində, həm də layihənin reallaşması üçün imzalanması zəruri olan müqavilə sənədlərinin formalaşdırılması və razılaşdırılması üzərində intensiv işlər davam etdirilib. Bu sahədə müqavilə tərəflərinin peşəkarlığı, əzmi və səriştəsi nümunə hesab edilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 17 saat əvvəl
-
17 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
19 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 19 saat əvvəl
-
19 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
















