Pul göndərmək və pul almaq bu qədər rahat!
Sürətli və sərfəli bank xidmətlərinə görə hər zaman ilk sıralarda olan Expressbank geniş əhatə dairəsinə malik olan müxtəlif növ təcili pul köçürmə sistemlərini təklif edir. Bank hesabı açmadan geniş çeşidli təcili pul köçürmə sistemləri vasitəsi ilə rahat şəkildə yaxınlarına pul göndərmək və qəbul etmək istəyən müştərilər bu fürsətdən istifadə edə bilərlər.
Expressbank-ın filiallarında Contact, Zolotaya Korona, Lider, İBA-EXPRESS, Xəzri və Monex təcili pul köçürmələri sistemləri ilə ölkə daxili və beynəlxalq köçürmələr həyata keçirilir. Göndərilən pul dünya miqyaslı təhlükəsizlik sistemləri tərəfindən mühafizə olunur və pul vəsaitinin ən qısa zamanda göndərilən adama çatacağına zəmanət verilir.
Sərfəli tariflər, yüksək xidmət və əməliyyatların operativliyindən əlavə Expressbank-ın müştəriləri həm pul göndərərkən, həm pul alarkən Pul Kart hədiyyə kartını da qazanırlar. Pul Kart müştərilərə ödənişsiz şəkildə təqdim olunur və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər nəinki bu vəsaiti ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də Pul karta yerləşdirə bilirlər. SMS məlumatlandırma xidməti isə tam pulsuzdur.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
48 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 59 d. əvvəl
-
59 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN





















