Bir ədədi dövlət tərəfindən 1900 manata alınır, amma gömrükdə 190 manatdan bəyan olunur
Dövlət tərəfindən mühərriklə təchiz olunmuş 1000 ədəd əlil arabasının alınması üçün tender başa çatıb.
Müsabiqə qalibinin tender təklifinin dəyəri Çindən gətirilən bu məhsulun Azərbaycan gömrüyündə bəyan edilən idxal qiymətindən 10 dəfə çoxdur.
Dövlət satınalmalarının vahid elektron portalının məlumatına əsasən, dekabrın 21-də “Kəmər-Qaya” MMC (VÖEN 6100261791) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin min ədəd əlil arabasının alınmasına dair keçirdiyi tenderin qalibi elan edilib.
Bu şirkətin tender təklifinin dəyəri 1,9 milyon manatdan çox yaxud bir vahidə görə 1900 manat (1 117 dollar) təşkil edib. İstehsalçı ölkə barədə məlumat vermir.
Bu ilin 10 ayı ərzində Azərbaycan xaricdən mühərriklə təchiz olunmuş 1 221 ədə əlil arabası alıb.
Hərəkət edə bilməyən insanlar üçün bu nəqliyyat vasitələrinin əsas hissəsi - 986 ədədi Çindən tədarük edilib.
Çin istehsalı olan əlil arabaları gömrükdə bir ədədi orta hesabla 104,8 dollara bəyan edilir.
Bu müddət ərzində Türkiyədən orta qiyməti 601,3 dollar dollar olan 173 araba alınıb. Mühərriklə təchiz olunmuş arabaların idxalı gömrük rüsumuna cəlb edilmir, ƏDV ödənilir (18%).
Qeyd edək ki, bu ilin 10 ayı ərzində xaricdən orta qiyməti 343,8 dollar olan 1 657 ədəd mexaniki əlil arabası alınıb.
Turan
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















