PAŞA Holding və onun maliyyə törəmə müəssisələri “YAŞAT” Fonduna 2 milyon AZN vəsait köçürüb
PAŞA Holding və onun bank və sığorta müəssisələri 44 gün davam edən İkinci Qarabağ Müharibəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fonduna vəsait köçürüb.
Belə ki, sözügedən Fonda PAŞA Holding, PAŞA Bank, Kapital Bank, PAŞA Sığorta və PAŞA Həyat tərəfindən ümumilikdə 2 milyon AZN ianə edilib.
“Ölkəmiz 44 günlük müharibə nəticəsində şanlı Qələbə əldə edərək öz ərazi bütövlüyünü bərpa etdi. Bu qələbəni Azərbaycan xalqına yaşadan, Vətən uğrunda canlarından keçən əsgərlərin ailələrinə, eləcə də yaralı qazilərə dəstək göstərmək hər birimizin vətəndaşlıq borcudur. Düşünürəm, müharibə zamanı olduğu kimi, indi də hamımız güclərimizi səfərbər edərək Vətənimizə mənəvi və maddi dəstəyimizi əsirgəməməliyik” - PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov vurğulayır.
Məlumat üçün qeyd edək ki, PAŞA Holding müharibə zamanı Silahlı Qüvvələrə Dəstək Fonduna yardım göstərən ilk şirkətlərdən olmuşdur. Bundan əlavə, Holdinq ölkəmizin milli mənəvi dəyərlərini yaşatmaq idealogiyasına sadiq qalaraq, həmvətənlilərimiz arasında qələbə sevinci və milli vətənpərvərlik ruhunun artırılmasına öz töhfəsini vermək məqsədilə Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyəti Alim Qasımovun yeni əsərinin ərsəyə gəlməsinə də dəstək göstərmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
24 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 26 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub






















