Marcom şirkəti ipoteka platforması üzrə işləri tamamladı
Kontent marketinq istiqamətində bazar payını artırmaqda davam edən Marcom şirkəti uzun müddətdən bəri üzərində işlədiyi ipoteka platformasına aid işləri tamamlayıb.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin Marja-ya verdiyi məlumata görə, təqdim olunmuş www.ipoteka.az platforması daşınmaz əmlak sektoru bazarında öz layiqli yerini tutacaqdır:
“Bu platforma hər iki tərəfdən 10 nəfərdən çox insanın komanda şəklində işləməsinin nəticəsidir. Layihənin hazırlanması araşdırma, istifadəçi davranışlarının analizi, dizayn, funksionallıq və inteqrasiyalar baxımından ciddi zaman aldı. Saytın admin paneli tam olaraq yeni texnologiya əsasında formalaşdırılmışdır. Təqdim etdiyimiz admin panel müştəriyə geniş texniki imkanlar təqdim etməklə yanaşı, onun istifadəsini də asanlaşdırır. Gələcəkdə veb platformada istifadəçilərin davranışlarına əsasən müvafiq dəyişikliklərin və ya yeni funksionallıqların əlavə olunması da nəzərdə tutulur. Sayt mobil cihazlardan daxil olan istifadəçilər üçün də tam adaptiv formaya gətirilmişdir. Biz inanırıq ki, hazırladığımız veb platforma daşınmaz əmlak sektoru ilə maraqlanan istifadəçilərə və şirkətlərə öz töhfəsini verəcəkdir.”
BHB şirkətinin direktoru Şaban Əsədli ipoteka layihəsinin daşınmaz əmlak sektorunda yeni bir istiqamət formalaşdıracağını söylədi.
“Platformanı yaratmaqda məqsədimiz daşınmaz əmlak bazarında ipotekalı əmlakların alqı-satqısı ilə maraqlanan şəxs və şirkətləri bir araya gətirməkdir. Buna nail olmaq üçün isə əlavə marketinq kommunikasiya vasitələrindən istifadə etməyi nəzərdə tuturuq. Biz bu platformanı daima təkmilləşdirməyi və yeniliklərlə zənginləşdirməyi planlaşdırırıq. Bütün əlavə funksionallıqlar planlı şəkildə zamanla həyata keçiriləcəkdir.”
Qeyd edək ki, Marcom şirkəti yaxın günlər də daha bir şirkətin veb platformasını istifadəyə verməyə hazırlaşır. Hal-hazırda təqdim olunacaq layihə üzrə son tamamlama işləri görülməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























