Salyan və Neftçala öndədir
Pambıq üzrə orta məhsuldarlıq 33,2 sentnerə çatıb. Qəbul məntəqələrinə 331649 ton pambıq təhvil verilibRespublikada pambıq yığımı yekun mərhələyə qədəm qoyub.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, dekabrın 11-dək fermerlər sahələrdən 331649 ton pambıq yığaraq qəbul məntəqələrinə təhvil veriblər. Bu, ötən ilin yekun göstəricisindən 36649 ton çoxdur. Qeyd edək ki, 2019-cu il pambıq mövsümünün yekununda ölkə üzrə 295 min ton pambıq yığılaraq məntəqələrə təhvil verilmişdi.
Bu günə olan operativ məlumata görə, pambıq yığımında orta məhsuldarlıq 33,2 sentner təşkil edir. Bu, ötən ilin yekun göstəricisindən 3,7 sentner çoxdur. Pambıq yığımının optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.
2020-ci ildə Azərbaycanın 21 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkilib. İndiyədək ən yüksək orta məhsuldarlıq Salyan (40,5 sent/ha), Neftçala (38,55 sent/ha), Tərtər (37,98 sent/ha), Beyləqan (35,24 sent/ha), Ağcabədi (34,96 sent/ha), Yevlax (34,91 sent/ha), Goranboy (34,42 sent/ha), Bərdə (33,79 sent/ha), Saatlı (33,15 sent/ha), Ağdam (32,88 sent/ha), Sabirabad (32,37 sent/ha) və Zərdab (30,17 sent/ha) rayonlarında qeydə alınıb.
2020-ci ildə ən çox pambıq əkini Saatlı (14141 ha), Ağcabədi (10689 ha), Bərdə (10646 ha), Biləsuvar (10061 ha), Sabirabad (9683,5 ha) və Beyləqan (8743 ha) rayonlarında aparılıb.
Qeyd edək ki, Azərbaycanda pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Yeni subsidiya mexanizminə əsasən, pamblıqçı fermerlər təhvil verdikləri məhsula görə dövlətdən həm əkin, həm məhsul subsidiyası alırlar. Pambıq sahəsinin hər hektarına görə fermerə 220 manat subsidiya verilir, eyni zamanda fermerlər qəbul məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat subsidiya alırlar. Yetişdirilən məhsul fermerdən keyfiyyətindən asılı olaraq hər tonu 550-650 manat olmaqla satın alınır. Həyata keçirilən dövlət dəstəyi mexanizmləri nəticəsində pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və ən çox gəlir gətirən sahəsinə çevrilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























