Azərbaycanın şərab şirkətinin gəlirləri və mənfəəti kəskin artıb
“Göyçay Şərab” ASC 2019-cu ili 1 milyon 165 min 958 manat xalis mənfəət ilə başa vurub. Bu, 2018-ci illə müqayisədə 2,8 dəfə çoxdur. ASC 2018-ci ili 408 min manat, 2017-ci ili isə 86 min 848 manat xalis mənfəət ilə bağlamışdı.
Marja ASC-nin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “Göyçay Şərab”ASC-nin əsas əməliyyat gəlirləri 2018-ci ildə 4 milyon 414 min manat ikən, 2019-cu ildə 12 milyon 945 min manat təşkil edib (2,9 dəfə artıb).
ŞİRKƏTƏ İNVESTİSİYALAR YATIRILIB
2018-ci illə müqayisədə 2019-cu ildə “Göyçay Şərab”ASC-nin cəmi aktivləri 2,1 dəfə artaraq 14 milyon 708 min manata yüksəlib. "Göyçay Şərab"ın aktivlərinin artması əsasən uzunmüddətli aktivlərin artmasından qaynaqlanır.
“Göyçay Şərab”ASC alkoqollu içkilərin istehsalı və satışı fəaliyyəti ilə məşğuldur.
1985-ci ildə istifadəyə verilmiş, şərab emalı müəssisəsinin bazasında 2005-ci ildə "Göyçay Şərab" ASC yaradılıb. Mövsüm ərzində 15 min tona qədər üzüm qəbul etmək istehsal gücünə malikdir. Müəssisədə istehsal olunan məhsul Rusiyaya ixrac edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





