Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft peyvənd xəbərləri ilə bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft peyvənd xəbərləri ilə bahalaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft qiymətləri, Asiyada tələbin artmasına dair müsbət işarələr, OPEC+ qrupundan gələn xəbərlər və koronavirusa qarşı hazırlanan peyvəndlərin təsirli olması barədə məlumatlar ilə əlaqədar olaraq yüksəlir.

Marja xəbər verir ki, Moderna şirkəti ilkin testlərdə inkişaf etdirilən peyvəndin 94.5% təsirli olduğunu açıqladıqdan sonra neft qiymətləri 3% yüksəlib.

OPEC+ qrupunun əlavə neft istehsalına yenidən başlamağı 3-6 ay arasında təxirə salmağı düşündüyü açıqlaması da bazardakı optimist havanı gücləndirib. 

ABŞ və Avropada koronaviusa yoluxanlar və karantin tədbirləri artarkən, Asiyadakı neft tələbi toparlanma işarələri göstərir.Çində iqtisadi artımın sürətlənməsi ölkədəki neftayırma zavodlarının neftə tələbini artırıb.

Bakı vaxtı ilə saat 10:20-də Brent neft 1%-ə yaxın bahalaşma ilə 44.24 dollardan, Qərbi Texas nefti (WTI) 0.7% bahalaşma ilə 41,64 dollardan ticarət olunub. 

Əvvəlki seansda Brent nefti 2.4%, Qərbi Texas nefti 3% bahalaşıb. 

17.11.2020 10:31

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18