Sahibkarlar üçün yeni sayt istifadəyə verildi
KOB inkişaf mərkəzlərinin vahid portalı - www.kobim.az sahibkarların istifadəsinə verildi
Mikro, kiçik və orta biznes (KOB) subyektlərinin, həmçinin sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin biznes sahəsində təlimlər və məsləhət xidmətləri, şəbəkələşmə, təcrübə proqramları, maliyyə resurslarına çıxış və digər dəstəklər barədə məlumatlandırılması və təlimlər üçün KOB inkişaf mərkəzlərinin vahid onlayn platforması – www.kobim.az saytı istifadəyə veriliv.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılmış saytın məqsədi KOB-ları bilik və bacarıqlarının artırılması üçün zəruri olan dəstək və xidmətlər barədə məlumatlandırmaq, bu xidmətlərə çıxışın asanlaşdırılmasıdır.
www.kobim.az saytında KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB inkişaf mərkəzləri (KOBİM), bu mərkəzlərdə sahibkarlar üçün təşkil olunan təlimlər, məsləhət, şəbəkələşmə və digər xidmətlər, peşəkar təlimçi-ekspertlər haqqında məlumatlar verilir. Saytda həmçinin, ay ərzində Bakı, Sumqayıt, Xaçmaz və Yevlax KOBİM-lərdə təşkil olunan ödənişsiz təlimlərə dair məlumatlar yerləşdirilir. KOB-lara ehtiyaclarına uyğun təlimlərdə iştirak etmələri üçün sayt üzərindən elektron müraciət etmək imkanı da yaradılıb.
Yaxın günlərdə saytda KOB-lar üçün onlayn təlim imkanı yaradılacaq, həmçinin sayta video təlim materialları yerləşdiriləcək ki, bu da sahibkarlara yaşadıqları ərazini tərk etmədən və vaxta qənaət etməklə biznes sahəsində zəruri biliklər əldə etməyə, sahibkarlıq fəaliyyəti və bu sahədəki yeniliklər barədə məlumatlanmağa imkan verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
-
33 d. əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 36 d. əvvəl
-
37 d. əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 38 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
1 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
Son Xəbərlər

Azərbaycanda gediş haqqı məsafədən asılı olaraq ödəniləcək

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
Ən çox oxunanlar

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb

“Bakı Fintex Forumu 2025” keçiriləcək

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
