"Düyümüzə Avropa ölkələrindən də tələbat var"
Son üç ildə Biləsuvar rayonun Səmədabad kəndində yeni texnologiyalar əsasında müasir maşın və mexanizmlərdən istifadə edilməklə çəltik sahələri genişləndirilib. Əsas məqsəd isə yerli bazarda gəlirləri artırmaq və ölkəyə idxal olunan mənşəyi bilinməyən düyü məhsullarının miqdarının azalmasına təsir göstərməkdir.
Türkiyəli aqronom Abdullah Gezgin deyir ki, bu bitkinin Biləsuvarda əkini çox əlverişlidir: “Ötən il 700-750 hektar sahədə çəltik əkdik. Məhsuldarlıq da yaxşı idi. Bu il qızmar istilərdə su problemi yaşandığından ehtiyat tədbirlərimizi görüb, 200 hektar sahədə çəltik əkə bildik. Sonradan suvarma problemimiz həll olundu. Gələn il suvarma çətinliyi yaşanmasa, sahələrimizi daha da genişləndirəcəyik. Biləsuvarın torpağı çox münbitdir. Bərəkətli olduğundan bu bitkini becərmək bizim üçün əlverişlidir”.
Mütəxəssisin sözlərinə görə, hazırda becərilən sortlardan “Apola”, “Okeano”, “Haşimi” kimi tam orqanik, təbii düyü sortları ən çox xarici bazarların maraq dairəsindədir. Ötən il Rusiya bazarına məhsul ixrac olunub, eləcə də düyünün keyfiyyət tərkibinə görə digər Avropa ölkələrindən də tələbat var. Bunu türkiyəli aqronom Abdullah Gezgin də təsdiq edir: “Biz Türkiyədə əkdiyimiz sortlardan hektara 10 tona qədər çəltik yığırıq. Həmin bərəkətli sortlardan burada da əkmək istəyirik. Əgər həmin sortlar burada əkilərsə, zənnimcə, çəltikçilik rayonda əhalinin əsas məşğuliyyəti hesab olunar”.
Hazırda yekunlaşmaqda olan biçin işləri texnikalarla həyata keçirilir.
Mexanizator Anar Mirzəyev bildirib ki, kombaynla biçin zamanı itki də az olur: “Palçıqda mükəmməl və keyfiyyətli biçin aparmaq da mümkündür. Ənənəvi üsuldan çox fərqlidir. Yəni, məhsulumuzu itkisiz və vaxtında yığa bilirik. Çəltiyin döyülmə prosesi də çox gözəl gedir. Baxmayaraq ki, yer palçıqdır, çəltik özü yaxşı quruyub”.
Qeyd edək ki, bu il ölkəmizdə 3000 hektar sahədə çəltik əkini aparılıb. Ümumilikdə bu il Gəncə-Qazax, Lənkəran və Aran iqtisadi zonasına daxil olan 10 rayonda çəltik əkilib. Əkin sahələrinin böyük hissəsi Lənkəran, Ağdaş və Ucar rayonlarının payına düşür.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





