Neft Fondu 25 mərtəbəli daşınmaz əmlakını satdı
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), Seul şəhərinin mərkəzi-biznes ərazisində yerləşən 25 mərtəbəli, ofis tipli Payn Avenyu A Qülləsi 521,5 milyard Koreya vonu müqabilində binanın əsas icarəçisi olan “Shinhan Card” şirkətinə satıb.
Bu barədə Marja-ya Fonddan bildirilib.
Qeyd edilib ki, 2011-ci ildə tikintisi başa çatmış həmin daşınmaz əmlakda icarəyə verilmə həcmləri üzrə müvafiq göstəricilər yuxarı olmuş və alınma tarixindən ARDNF sözügedən investisiyadan sabit icarə gəlirləri əldə etmişdir. ARDNF qeyd edilən daşınmaz əmlakı 2014-cü ilin mart ayında 470 milyard Koreya vonu ödəməklə satın almışdır. Daşınmaz əmlakdan icarə üzrə gəlirlilik 31,4%, qiymət artımından gəlirlilik 4,8% olmaqla ümumi gəlirlilik 36,2% olmuşdur.
Əmlakın satışı ilə əlaqədar olaraq ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov bildirib:
“Müasir standartlara cavab verən və əlverişli şərtlərlə əldə edilən Payn Avenyu A Qülləsi bizim üçün daşınmaz əmlak bazarındakı inkişaf perspektivlərindən yararlanmaq istiqamətində mühüm fürsət idi. Binanın uğurlu satışı bu strategiyanın doğruluğunu sübut etmiş oldu və müvafiq risk səviyyəsinə uyğun yüksək gəlirlilik əldə edildi. Bununla yanaşı, Payn Avenyu A Qülləsinin satışı COVID-19 pandemiyası ilə əlaqədar yaranmış çətin vəziyyətə baxmayaraq, daşınmaz əmlak bazarının nə qədər dayanıqlı olmasını nümayiş etdirir. Bu aktivin satışı eyni zamanda ARDNF-nin əsasən daşınmaz əmlaka investisiya qoyan pay fondlarına yatırımlara söykənən yeni strategiyası ilə uyğunluq təşkil edir.”
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
52 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı





















