Azərbaycan dünya bazarına “məlhəm” çıxardacaq
Naftalan nefti əsasında hazırlanan məhsullar “Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxarılacaq.
Bu barədə “Qətransız Naftalan məlhəmi” MMC-nin təsisçisi, Naftalan Sanatoriya-Kurort Birliyinin baş həkimi Hatəm Qocayev məlumat verib.
Baş həkim bildirib ki, 70-dək xəstəliyin müalicəsində tətbiq edilən bu məlhəm uzun illər Naftalanda fəaliyyət göstərən sağlamlıq mərkəzlərində istifadə olunub. Bir çox xəstəliklərdən əziyyət çəkən insanlar Naftalandakı kurort-sanatoriya mərkəzlərində müalicə olunub və həmin məlhəmin şəfaverici gücü sayəsində sağlamlıqlarını bərpa ediblər. Ona görə də şəhərdəki xarici turistlər ölkələrinə qayıdarkən özləri ilə Naftalan məlhəmi aparmaq istəyiblər. Lakin bu vaxta qədər Naftalan məlhəminin sənaye üsulu ilə istehsalı və qablaşdırılması həyata keçirilmədiyindən, həmin məhsulu almaq da mümkün olmayıb. İndi isə yüksək texnologiya əsasında qablaşdırılaraq dünya bazarlarına çıxarılması üçün “Qətransız Naftalan məlhəmi” hazırlanır. Hazırda bu məlhəm şəhərdəki otellərdə və kurort-sanatoriya mərkəzlərində satışa çıxarılır. Məhsulun Ukrayna, Rusiya və Qazaxıstanda satışının təşkili üçün həmin ölkələrdə rəsmi nümayəndəliklərin yaradılması ilə bağlı iş aparılır.
Eyni zamanda, Prezident İlham Əliyevin aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və bu sahə üzrə müvafiq tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Naftalan neftindən hazırlanan məhsulların Rusiya, Polşa, İtaliya və Fransa şəhərlərində sərgi-satışının keçirilməsi nəzərdə tutulub.
“Bu layihənin reallaşması respublikamızda istehsal olunan məhsulların həmin dövlətlərdə təbliğinə yeni imkanlar yaradacaq və nəticə etibarı ilə ölkəmizin ixrac potensialının artırılmasına, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, eləcə də şəhərimizin iqtisadiyyatının inkişafına və Naftalan neftinin tanıdılmasına əlavə təkan verəcək”, - deyə Hatəm Qocayev qeyd edib.
© AZƏRTAC
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
4 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 4 saat əvvəl
-
-
4 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
4 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
9 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb

























