Şirkət Mərkəzi Bankdan LİSENZİYA ALDI
Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində növbəti mühüm addım atılıb.
Marja xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə (ASC) sığorta fəaliyyəti üçün lisenziya verib. Bu lisenziya ölkənin ilk aqrar sığorta şirkətinə sığorta fəaliyyəti həyata keçirməyə imkan verir.
Yaxın günlərdə aqrar sığorta qaydalarının da qəbul edilməsi gözlənilir, bundan sonra aqrar sığorta sistemi işə düşəcək.
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə, ölkədə qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən və ASC-nin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 şirkət tərəfindən təsis edilib.
Bunlar - "Paşa Sığorta" ASC, "Qala Sığorta" ASC, "Meqa Sığorta" ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, "Xalq Sığorta" ASC, "AZSIĞORTA" ASC, "Bakı Sığorta" ASC şirkətləridir.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, «Aqrar sığorta haqqında» qanuna uyğun olaraq yeni şirkət aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən idarəedici qurumdur.
Şirkət sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirəcək. Təsisçi şirkətlər aqrar sığorta sistemində vasitəçi sığorta şirkəti kimi fəaliyyət göstərəcəklər.
Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il 4 mart tarixli qərarı ilə Müştərək Aqrar Sığorta Şirkətinin minimum nizamnamə kapitalı 1 000 000 (bir milyon manat) manat həcmində müəyyən olunub.
Bununla yanaşı, güclü maliyyə dayanıqlığının təmin edilməsi və prudensial normalara əməl edilməsi məqsədilə şirkətin dövlətin müəyyən etdiyi minimum həcmdən daha böyük məbləğdə nizamnamə kapitalı formalaşdırmaq qərara alınıb. Təsisçilərlə əldə edilmiş razılığa əsasən “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin nizamnamə fondu 2 187,5 min manat həcmində müəyyən edilib. Hər bir təsisçinin payı 312,5 min manat nəzərdə tutulub.
Aqrar Sığorta Fondu bildirir ki, ölkədə qeyri-həyat sığorta fəaliyyəti ilə məşğul olan bütün şirkətlər “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin fəaliyyətində iştirak edə bilər.
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə kənd təsərrüfatı heyvanları, kənd təsərrüfatı məhsulları və əkin sahələrini, eləcə də balıqları sığortalamaq mümkün olacaq.
İlkin mərhələdə südlük inək-camışların, 14 növ bitki üzrə əkin sahəsi və məhsulların sığortalanması nəzərdə tutulur. Gələcəkdə aqrar sığortanın əhatə etdiyi sığorta predmetlərinin və risklərin siyahısı genişləndiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
7 saat əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
12 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
13 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi




















