Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Səudiyyə Ərəbistanının iki böyük bank birləşir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Ərəbistanının iki böyük bank birləşir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanının ən böyük bankı olan “National Commercial Bank” (NCB) rəqibi “Samba Financial Group”u almaq barədə razılığa gəlib.

Aktivləri baxımından Səudiyyə Ərəbistanının ən böyük bankı olan NCB “Samba Financial Group”u 15 milyard dollara alacaq. Bu alqı-satqı əməliyyatı cari ilin ən böyük bank birləşməsi olacaq.

NCB “Samba”nın hər səhmi üçün 28,45 rial (7,58 dollar) ödəyəcək ki, bu da ümumilikdə 55,7 milyard riallıq satınalma deməkdir. Hər iki bankın ən böyük səhmdarı olan Krallığın suveren fondu banklar birləşdikdən sonra yeni bankda 37,2 faizlə ən böyük paya malik olacaq.

Yeni bankın cəmi aktivləri 220 milyard dollara çatacaq və Körfəz bölgəsindəki 3-cü ən böyük bank olacaq. Bankın bazar dəyəri 46 milyard dollar olacaq və təxminən 268 milyard dollarlıq aktivləri ilə Orta Şərqin ən böyük bankı olan “Qatar National Bank QPSC”nin bazar dəyərinə yaxınlaşacaq.

Neftlə zəngin olan Körfəz bölgəsindəki banklar iqtisadiyyatların enerji gəlirlərinin azalması və koronavirus pandemiyası kimi ikiqat şokdan əziyyət çəkdikləri üçün birləşir. Səudiyyə Ərəbistanındakı bank birləşməsi, eyni zamanda, Avropada çoxdan gözlənilən bank birləşməsi dalğası ilə üst-üstə düşür. Belə ki, Avrop bankları əlaqələrini nəzərdən keçirir və ya daha kiçik rəqiblərini almağa başlayır.

12.10.2020 13:10

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18