Fermerlərə şad xəbər
Ammofos gübrəsinin qiymətləri endi(®️) Ölkəmizdə aqrar sahəyə olan dövlət dəstəyi nəticəsində son zamanlar sürətlə inkişaf edən kənd təsərrüfatı sektoruna öz töhvəsini vermək məqsədilə gubre.az aqrar ticarət şəbəkəsi gübrə qiymətlərini endirib.
Şirkət taxıl əkini edən fermerlərin gübrəyə olan ehtiyaclarını ödəmək və daha çox taxıl sahəsini gübrə ilə təmin etmək, nəticədə fermerlərimizin daha yüksək məhsuldarlıq əldə edə bilməsi üçün ammofos gübrələrinin qiymətini 48.5 manatdan 46.5 manata endirib.
Artıq fermerlərimiz gubre.az satış nöqtələrində ammofos gübrəsinin 1 kisəsi üçün 13.95 manat nağd, 32.55 manat isə dövlət subsidiyası hesabına ödəməklə əldə edə bilər.

Onu da nəzərinizə çatdıraq ki, gubre.az son illərdə kənd təsərrüfatı sahəsinə dövlət dəstəyini və ölkə rəhbərliyinin bu sahəyə olan xüsusi qayğısını nəzərə alaraq, sektorun davamlı inkişafına dəstək olaraq, qiymət siyasətinə mütəmadi olaraq nəzər yetirir, fermerlər üçün daha münasib şərtlər təklif etməyə çalışır. Bundan sonrakı dövrlərdə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən vətəndaşlar üçün təklif etdiyimiz xidmət səviyyəsini davamlı olaraq artırmağa, fermerlərin ehtiyaclarını yüksək səviyyədə təmin etməyə çalışacağıq.
Əlavə olaraq, fermerlərimiz gubre.az satış nöqtələrindən payızlıq əkin üçün yüksək məhsuldarlıqlı arpa, buğda və yonca toxumları da əldə edə bilərlər. Fermerlərimiz bütün toxum və bitki mühafizə vasitələrini nağd ödəniş etmədən, 100% dövlət subsidiyası hesabına ala bilərlər.
Şirkətin satış nöqtələrində fermerlərimizə payızlıq əkin üçün aşağıda göstərilən toxum növləri təklif edilir:
- P.P.Lukyanenko adına Rusiya Milli Toxum Mərkəzinin istehsalı olan yüksək məhsuldarlığa malik Alekseiç sortu və quraqlığa, şaxtaya davamlı Bezostaya-100 sortu Elit və birinci reproduksiyalı buğda toxumları;
- Azərbaycan Respublikasının torpaq və iqlim şəraitində illərlə sınaqdan keçmiş Qarabağ-22 və Xutorok sortu arpa toxumları;
- Almaniyanın məşhur toxum istehsalçısı Freudenbergerin istehsal etdiyi Proqreen markalı Plato sortu nitrogeneratorlu, şaxtaya davamlı və yüksək məhsuldarlığa sahib yonca toxumları.
Qeyd edək ki, gubre.az “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-yə məxsus kənd təsərrüfatı istehsal vasitələrinin satışı üzrə ixtisaslaşmış aqrar ticarət şəbəkəsidir. Şirkət 200-dən artıq satış nöqtəsi ilə respublikanın regionlarında fermerlərə toxum, gübrə və müxtəlif növ aqrokimyəvi məhsulların satışını həyata keçirir. Satış şəbəkəsi aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı nəticəsində kənd təsərrüfatı istehsal vasitələri bazarının liberallaşmasından sonra yaradılıb.
Fermerlərimiz ərtraflı məlumat üçün 828 qısa nömrəsinə zəng edə və yaxud www.gubre.az internet səhifəsinə keçid edə bilərsiniz.
Bizimlə əlaqə saxlayın (keçidlər)
+99450 828 28 28
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
2 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb
-
3 saat əvvəl
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
-
3 saat əvvəl
"Tramp İranın neftini və uranını ələ keçirmək üçün əməliyyatları nəzərdən keçirir”
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Hörmüz gərginliyi Avropada qaz qiymətlərini 100 avrodan yuxarı qaldıra bilər"
-
4 saat əvvəl
"Air China" Pekin–Pxenyan reyslərini altı ildən sonra bərpa edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Ən çox oxunanlar
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir

























