Asiya İnkişaf Bankı ilə müzakirələr aparılıb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovla görüşüb.
NAzirliyin yaydığı məlumatda bildirilir ki, görüşdə nazir Azərbaycanın AİB-lə əməkdaşlığa önəm verdiyini, Bankın ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasına dəstək göstərdiyini vurğulayıb.
Bildirilib ki, indiyədək AİB tərəfindən ölkəmizdə həyata keçirilən müxtəlif layihələrə 5,2 mlrd. dollardan çox kredit ayrılıb. Azərbaycan AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramında fəal iştirak edir. Bankın hazırladığı “Azərbaycan: daha şaxələnmiş, dayanıqlı və əhatəli inkişafa doğru” tədqiqat sənədi ölkəmizin iqtisadi inkişafı üzrə bir sıra önəmli məsələləri əhatə edir. Qeyd edilib ki, AİB-lə Layihə Hazırlığı Maliyyələşdirmə Aləti çərçivəsində, həmçinin yüksək texnologiya və innovasiya, təhsil, kiçik və orta biznesin inkişafı, dövlət-sahibkar tərəfdaşlığı, vergi siyasəti, irriqasiya və digər sahələr üzrə layihələrin icrası istiqamətində əməkdaşlıq faydalı ola bilər.
Azərbaycanın inkişaf prioritetlərindən danışan Mikayıl Cabbarov iqtisadi islahatlar, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətliyinin artırılması tədbirləri barədə məlumat verib, AİB-lə İqtisadiyyat Nazirliliyi və Azərbaycan İnvestisiya Holdinqi arasında əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edərək, Azərbaycan-AİB əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, Bankın dəstəyi ilə həyata keçirilən layihələrin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
6 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
6 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
6 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
7 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)
.jpg)







.jpg)










