"Qarajlardakı bütün avtobuslar daşımalara cəlb olunub"
"Bəzi xidmət və iş sahələrinin fəaliyyətinin bərpa olunması, eyni zamanda yeni tədris ilinin başlanmasının yaxınlaşması yollarda hərəkət intensivliyini və sərnişindaşımalara tələbatı əhəmiyyətli dərəcədə artırıb. Avqust ayının sonlarından başlayaraq gündəlik sərnişin səfər sayında hər həftə 100.000 artım qeydə alınmaqdadır. Hazırda müntəzəm və ekspress xətt avtobusları ilə icra olunan gündəlik sərnişin səfər sayı 2.000.000-dan çoxdur. Bakı Metropolitenin fəaliyyət göstərmədiyi indiki vaxtda avtobusların sərbəst və rahat hərəkəti xüsusilə əhəmiyyət kəsb edir".
Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, hazırda gündəlik olaraq xəttə 2260 ədəd avtobus çıxarılır ki, bu da maksimal göstəricidir: "Yəni “BakuBus” MMC-nin hər iki qarajında və özəl operatorlara aid qarajlarda texniki baxımdan saz olan bütün avtobuslar daşımalara cəlb olunub.
Lakin son vaxtlarda şəhər yollarında müşahidə olunan hərəkətlilik və nəqliyyat sıxlıqları avtobusların hərəkətinə ciddi maneələr yaradır. Belə ki, avtobuslararası intervallar pozulur və sərnişinlər uzun müddət dayanacaq məntəqələrində gözləməli olurlar. Bir xətt üzrə bir neçə avtobusun sıxlıqda qalaraq gecikməsi onun hərəkət etdiyi istiqamətdə digər marşrutlar üzrə də daşımaları çətinləşdirir.
Aparılan müşahidələr göstərir ki, gün ərzində baş verən yol nəqliyyat hadisələri, sürücülərin yol hərəkəti qaydalarına, eləcə də, zolaqların tələbinə düzgün əməl etməməsi qeyri-pik saatlarda da sıxlıqlara səbəb olan əsas amillərdir. Vurğulanmalı məqamlardan biri də son vaxtlar minik avtomobillərinin texniki nasazlıq səbəbindən yollarda hərəkətsiz qalmasıdır. Son bir ayda bu vəziyyətlə daha tez-tez rastlaşırıq. Z.Bünyadov prospektində gün ərzində bir neçə belə hal müşahidə olunur.
Bu cür xoşagəlməz halların olmaması üçün ən optimal həll variantı avtobuslar üçün xüsusi hərəkət zolaqlarının təşkil olunmasıdır".
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 23 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 45 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır






















