Azərbaycanda yığılan ailə avtomobili - QİYMƏTİ
Avqustun 3-dən Naxçıvan Avtomobil Zavodunda yeni “Naz Lifan-L7” modellərinin yığımına başlanılıb. İki modifikasiyaya – 1,2 və 1,5 litr mühərrik həcminə malik olan bu avtomobillər minivan tiplidir. Artıq zavodda 6 ədəd “LF 6431”, 3 ədəd isə “LF 6431b” modellərinin yığımı başa çatdırılıb.
Marja xəbər verir ki, zavodun əməkdaşı Rəhim İsmayılovun verdiyi məlumata görə, 5 pilləli mexaniki sürət qutusu ilə təchiz olunan bu avtomobillər az yanacaq sərfiyyatı ilə diqqəti cəlb edir. 5 qapılı və 7 sərnişin tutumuna malik bu avtomobillər əsl ailə avtomobilidir desək, yanılmarıq. 14 düymlük alüminium disklər, bütün standartlara cavab verən təhlükəsizlik sistemləri, müasir işıqlarla təchiz olunmuş ön panel, 7 düyümlük monitor, rahat oturacaqlar və geniş interyer bu avtomobilin ən yaxşı xüsusiyyətlərindəndir.
Yeni model təklif olunan qiymətinə görə də alına biləcək ideal ailə avtomobilidir. Qeyd edək ki, “Naz Lifan-L7” modeli 20 min manatdan başlayan qiymətlərlə təklif olunur. Həmçinin bu avtomobilləri ilkin ödənişi 25 faiz olmaqla, 48 aylıq kredit şərtləri ilə də əldə edərək ailə üzvləriniz, dostlarınızla birlikdə uzaq məsafələri rahatlıqla qət edə bilərsiniz.
Onu da əlavə edək ki, pandemiya ilə əlaqədar yaranmış çətinliklərə baxmayaraq, zavoda Çin Xalq Respublikasından avtomobil hissələrinin idxalı davam etdirilib, “Naz Lifan”ın istifadədə olan bütün modelləri üçün lazımi ehtiyat hissə bazası yaradılıb. Buradan həm yeni avtomobil almaq, həm də mövcud avtomobillərə uyğun keyfiyyətli ehtiyat hissələri əldə etmək olar.
YENİ MODELLƏR DAVAM EDƏCƏK
Rəhim İsmayılov sonda onu da qeyd etdi ki, gələcəkdə “Lifan”ın yeni modellərinin buraxılışı da nəzərdə tutulur. Gələn ilin istehsal planında yeni “Lifan-X7” avtomobillərinin yığılması da var. Bununla yanaşı, elektromobillər də növbəti ildən sürücülərə təqdim ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
-
11 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 27 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
İxracan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
















.jpg)





