Xəstəxanasının direktoruna cinayət işi açılıb
Saatlı rayon Prokurorluğundan verilən məlumata görə, “Saatlı rayon Mərkəzi Xəstəxanası” publik şəxsin direktoru Səidə Şahpələngovanın qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında Saatlı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla Səidə Şahpələngovanın direktoru olduğu xəstəxanada bəzi işlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş maliyyə vəsaitini təyinatı üzrə istifadə etməyərək əsassız olaraq xərcləməsinə, bəzi həkim və tibb bacılarının işə gəlmədiyi halda saxta tabel yazılmaqla onlara əməkhaqqı ödənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 4 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı







.jpg)







.jpg)







