PAŞA Holding Korporativ Sosial Məsuliyyət yönümlü fəaliyyətinə davam edir
PAŞA Holding Korporativ Sosial Məsuliyyət yönümlü fəaliyyətinə davam edir. Son 3 ay ərzində Şirkət tərəfindən müxtəlif istiqamətlərdə dəstək və yardım xarakterli fəaliyyətlər icra olunub.
Marja-ya daxil olmuş məlumata görə, ölkədə COVİD-19 pandemiyası şəraiti davam etdiyindən, PAŞA Holding sosial məsuliyyət fəaliyyətinin əsas hissəsini bu istiqamətə yönəldib. Yay fəslinin əvvəlindən Şirkət Qəbələ və Qobustan şəhərlərində əlavə modul tipli xəstəxanaların tikilməsinə dəstək olub.
Şirkət həmçinin Hematologiya mərkəzinə tibbi ləvazimat və dərmanların tədarükü ilə yardım göstərib.
Bundan əlavə, daha öncə də qeyd olunan kimi, PAŞA Qrup şirkətləri COVİD-19 pandemiyasının ölkəmizin səhiyyə sisteminə olan mənfi təsirini azaltmaq məqsədilə bir ekosistem olaraq fəaliyyət göstərərək birgə səy nəticəsində Kubadan 115 nəfərlik həkim və tibb personalının ölkəyə cəlb edilməsini maliyyələşdirib.
Əhalinin həssas təbəqələri də daim PAŞA Holding-in diqqət mərkəzində olub. Son 3 ay ərzində Şirkət maddi vəziyyəti çətin olan abituriyentlər üçün ali məktəblərə qəbul imtahanına hazırlıq dərslərinin təşkili, Bravo supermarketlər şəbəkəsi ilə birlikdə ehtiyacı olan ailələrə ərzaq tədarükü, BOCCİA Əlillər idman federasiyasına maddi dəstəyin göstərilməsi kimi fəaliyyətlər icra edib.
Bundan əlavə, PAŞA Holding PAŞA Sığorta Şirkəti ilə birgə “Qorxmadan Böyüyək” adlı ailə, qadın və uşaq problemləri üzrə sosial yönümlü layihədə də iştirak edib.
Daim innovativ yanaşmaları ilə seçilən PAŞA Holding, iyun ayında Elektron Hökumətin İnkişafı Mərkəzi ilə birgə “Elektron Hökumət” sahəsində məlumatlılığının artırılması məqsədi ilə jurnalistər üçün təlim təşkil edib. Şirkət həmçinin xaricdə yüksək nailiyyətlər əldə etmiş həmvətənlilərimizin uğur hekayələrini əks etdirən “Bizimkilər xaricdə” kitabının çap olunmasına maliyyə dəstəyi göstərib.
Xatırladaq ki, COVİD-19 pandemiyası dövründə PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən koronavirusla mübarizə istiqamətində bundan öncə də bir neçə irimiqyaslı tədbirlər görülüb. Şirkətlər Qrupunun dəstəyi ilə koronavirusla mübarizə üçün laboratoriyanın yaradılması, Heydər Əliyev Fondu və Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsinə dəstəyin göstərilməsi və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə birgə fermerlərə mikro kreditlərin təqdim edilməsi kimi sosial məsuliyyət yönümlü fəaliyyətlər həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
-
9 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
10 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
10 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq














.jpg)





.jpg)




