Çinli milyarderin şirkəti səhmlərinin ilk satışı üçün müraciət etdi
Çinin e-ticarət şirkəti Alibaba-nın sahibi Jack Ma-nın maliyyə texnologiyaları şirkəti "Ant Group" səhmlərinin bir hissəsinin ilk dəfə kütləvi satışı üçün Honq Konq və Shanxay birjalarına müraciət edib.
Milyarder iş adamı Jack Manın şirkəti "Ant Group" (AliPay), maliyyə xidmətləri sektorunda böyüməsini maliyyələşdirmək və Çinin ən böyük onlayn ödəmə platforması mövqesini gücləndirmək üçün Honq Konq və Şanxay birjalarında ilk kütləvi təklif (İPO) üçün müraciət edib.
Marja xəbər verir ki, "Ant Group"un yaydığı açıqlamada, səhmlərin satışından əldə ediləcək gəlirin ölkə xaricndə ödəniş xidməti fəaliyyətlərini genişləndirmək, araşdırma və inkişaf etdirmə qabiliyyətini artırmaq üçün istifadə ediləcəyi bildirilib. Açıqlamada qiymət hədəfi aralığı və ya əldə ediləcək vəsaitə bağlı hər hansı bir rəqəm verilməyib.
Alibaba-nın da səhmdarı olduğu "Ant Group" şirkəti kreditlərdən səyahət xidmətlərinə və qida təslimatına qədər bir çox şeyi ehtiva edən bir alış-veriş mərkəzinə doğru təkamülünü sürətləndirərək, Tencent Holdings Ltd-nin itirdiyi müştərilərini qazanmağı hədəfləyir.
AliPay tətbiqindən əldə edilən milyardlarla istifadəçinin məlumatlarına sahib olan şirkət, süni zəka, robot və kredit platformaları kimi texnologiyalar ilə maliyyə xidmətləri sektorunda geniş yayılmağı məqsəd qoyur.
"Ant Group"un səhmlərinin satışı Səudiyyə Ərəbistanının 29 milyard dollarlıq rekordunu da geridə qoya bilər. Şirkət 225 milyard dollarlıq bazar dəyəri hədəfləyir. Şirkətin cəmi gəlirləri ilin ilk rübündə 10.49 milyard dollar və xalis mənfəəti 3.17 milyard dollar təşkil edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
- 3 d. əvvəl
- 16 d. əvvəl
- 30 d. əvvəl
-
50 d. əvvəl
“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!
-
56 d. əvvəl
Pfizer ABŞ-a 70 milyard dollarlıq sərmayə yatıracaq və dərman qiymətlərini aşağı salacaq
-
59 d. əvvəl
Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın iri bankı Avropanın qabaqcıl bankı ilə 37 milyon avroluq müqavilə imzaladı
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Oktyabrın 3-də gözlənilən hava şəraiti

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!

Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub

Qlobal bazarlarda son vəziyyət
Ən çox oxunanlar

Əliyev və Paşinyanın görüşü baş tutub

Azərbaycanın iri bankı Avropanın qabaqcıl bankı ilə 37 milyon avroluq müqavilə imzaladı

“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyası keçirilir

31 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Moldova Prezidenti ilə görüş olub, enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb

İlon Maskın sərvəti 500 milyard dolları görüb
