Azercell-in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək
Dünya səviyyəli çıxışçıların qatılacağı tədbirə Azercell “Qızıl Sponsor” qismində dəstək verirSentyabrın 24-27-də ADA Universiteti, “ACM-W” Avropa təşkilatçılığı, “Azercell Telekom” MMC-nin Rəqəmsal Tərəfdaşlığı və Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə ACM-in İnformatikada qadınların rolunu təbliğ edən 7-ci beynəlxalq “womENcourage” toplantısı keçiriləcək.
Ənənəvi olaraq konfrans, karyera sərgisi və hakafondan ibarət bu beynəlxalq tədbir hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il ADA Universitetinin ev sahibliyi edəcəyi toplantının iştirakçıları pandemiya səbəbindən onlayn görüşəcəklər.
ACM (Association for Computing Machinery, “ey-si-em”, Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim və ən böyük peşəkar təşkilatdır. “İnformatikanın Nobel mükafatı” adlandırılan A.M.Türinq mükafatı əsası 1947-ci ildə qoyulmuş bu təşkilat tərəfindən verilir.
“womENcourage”in məqsədi texniki istiqamətlərdə təhsil alan və ya işləyən xanımları, həmçinin qadınların informatika sahəsinə daha çox cəlb olunmağına çalışan hər kəsi bir araya gətirmək, onlar üçün təcrübə mübadiləsi aparmaq, elmi-tədqiqatlarını təqdim etmək imkanı yaratmaqdır.
Dörd gün davam edəcək virtual tədbirin açılışında yeni seçilmiş ACM Prezidenti salamlama nitqi söyləyəcək. İlk iki gün baş tutacaq konfrans hissəsində dünya səviyyəli çıxışçıların iştirakı ilə “Böyük verilənlər analitikasının böyük vədləri” və “Süni intellekt: alqoritmlərdən etikaya” mövzularında təqdimatlar və panel müzakirələri aparılacaq. Konfrans proqramına həmçinin bakalavr, magistr və doktorantların göndərdiyi tədqiqat işləri arasında beynəlxalq komitənin seçdiyi 30 posterin təqdimatı daxildir. Təqdim edilən tədqiqatların müəllifləri dünyanın 5 qitəsindəki 17 ölkəni təmsil edir.
Bundan əlavə, “womENcourage 2020” iştirakçılarını karyera yarmarkası və haker marafonu (“hakathon”) gözləyir. İştirakçılar karyera yarmarkasında müxtəlif texnoloji şirkətlərin nümayəndələri ilə şəxsi kabinetdə söhbət edib müvafiq vakansiyalardan yararlana bilərlər. Hakafonda isə haker komandaları real həyatdan götürülmüş problemə texnoloji bir həll gətirəcək funksional prototip yaratmaq üçün yarışacaqlar. Bu tapşırıqlardan biri də Azercell şirkətinin Big Data və Təhlillər departamentinin direktoru Azad Hüseynov tərəfindən təqdim olunacaq. Bu mübarizəyə qatılmaq üçün heç də mütləq proqramçı və ya kompüter elmləri üzrə ixtisasa malik olmaq tələb olunmur.
“womENcourage” bu il “bərabərliyin iki tərəfi var” şüarı altında təşkil olunur. Bu deviz informatika sahəsində məşğul olan insanlar arasında müxtəliflik və balansın olmasını təbliğ edir. Konfransın yalnız qadınlar üçün olmadığını bəyan edən təşkilatçılar tədbirdə rekord sayda kişilərin iştirakını hədəfləyiblər.
Odur ki, hər kəsi Azercell-in “Qızıl Sponsor”luğu ilə keçirilən bu toplantı üçün 14 avqusta qədər davam edən erkən qeydiyyatdan keçməklə tədbirin yaratdığı imkanlardan yararlanmağa dəvət edirik. Əlavə məlumatı http://womencourage.acm.org/2020/ ünvanında əldə etmək mümkündür.
Qeyd edək ki, bir sıra texnoloji yeniliklər, innovativ həllər, müasir xidmətlər vasitəsilə abunəçilərin həyatını asanlaşdıran Azercell hər zaman telekommunikasiya texnologiyaları sahəsində layihələri dəstəkləyib, çoxsaylı tədbirlər təşkil edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Hackathon” müsabiqəsinin də davamlı olaraq sponsoru qismində çıxış edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 16 saat əvvəl
-
16 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
18 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 18 saat əvvəl
-
18 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb

















