“Rabitəbank”ın faiz gəlirləri azalıb, qeyri-faiz gəlirləri artıb
“Rabitəbank” ASC 2017-ci ilin 1-ci rübünü 450 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, ötən ilin anoloji dövründə cəmi 12 min manat xalis mənfəət açıqlamışdı.
“Marja” xəbər verir ki, bu ilin yanvar-mart dövründə Bankın cəmi gəlirləri 9 milyon 503 min manat, xərcləri isə 9 milyon 53 min manat təşkil edib. O cümlədən Rabitəbank ehtiyatlara 1 milyon 556 min manat ayırıb.
"Rabitəbank" 2016-cı ilin 1-ci rübündə 11 milyon 433 min manat cəmi gəlir əldə etmişdi.
Bankın gəlirlərinin bu ilin 1-ci rübündə ötən ilin anoloji dövrü ilə müqayisədə azalmasının səbəbi faiz gəlirlərinin 8 milyon 555 min manatdan 6 milyon 78 min manata düşməsidir. "Rabitəbank"ın qeyri-faiz gəlirləri isə artıb. Ötən ilin birinci rübündə bankın qeyri-faiz gəlirləri 2 milyon 878 min manat olarkən, bu ilin eyni dövründə 3 milyon 425 min manat təşkil edib.
31 Mart 2017-ci il tarixinə Rabitəbank 499 milyon 455 min manat cəmi aktivlərə, 453 milyon 499 min manat cəmi öhdəliklərə, 45 mlyon 956 min manat cəmi kapitala malik olub. Bank ötən ilin 31 Mart tarixində 428 milyon 161 min manat cəmi aktivlərə, 370 milyon 124 min manat cəmi öhdəliklərə, 58 milyon 37 min manat cəmi kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























