Pandemiya dövründə elektron imzaya maraq artıb
“COVİD-19” pandemiyası dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Mərkəzi tərəfindən təqdim edilən elektron imzaya tələbat artıb.
Nazirliyin yaydığı məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində vətəndaşlara 1244, sahibkarlara 2144, hüquqi şəxslərə isə 1666 e-imza sertifikatı verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə təqdim olunan sertifikatların sayında 20 faiz artım qeydə alınıb.
Elektron imza əldə etmək üçün müraciət edən dövlət qurumlarına isə 3375 e-imza sertifikatı verilib.
Ümumilikdə cari ilin ilk yarımilliyində 8429 sertifikat təqdim edilib.
Bu müddət ərzində elektron imza ilə aparılan əməliyyatların sayı isə 6 milyondan (6.102.250) çox olub.
Qeyd edək ki, e-imzanı əldə etmək istəyən dövlət qurumları, sahibkarlar, hüquqi və fiziki şəxslər “e-imza.az” saytına daxil olmaqla onlayn sifariş verə bilirlər.
Xatırladaq ki, elektron imza rəqəmsal mühitdə hazırlanan smart kart və USB token formasında istifadə oluna bilən, elektron məntiqə uyğun işləyən şəxsiyyəti müəyyənləşdirmə və imzalama vasitəsidir. Təqlid edilməsi mümkün olmayan bu imza 3 il müddətində etibarlıdır və onun dəyişdirilməsi mümkünsüzdür. Elektron imza ilə vergi, gömrük, maliyyə, təhsil və bir çox digər sahələrdə müxtəlif xidmətlərdən faydalanmaq olur. Elektron vergi bəyannamələrinin təqdimi, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, internet və mobil bankçılıq kimi vacib elektron xidmətlər e-imza vasitəsilə icra edilir. Bir sözlə, e-imza sertifikatı ilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə etmək mümkündür. Dövlət və qeyri-dövlət qurumları, vətəndaşlar bu xidmətdən yararlanaraq biri-birilərinə imzalanan sənədləri göndərə bilirlər.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
17 d. əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
1 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü

























