“PAŞA Kapital” da “forex” ticarəti xidmətini təklif edir
Azərbaycanın qiymətli kağızları bazarında lider olan “PAŞA Kapital” investisiya şirkəti yeni məhsul təqdim edib.
Şirkətdən verilən məlumata görə, “PAŞA Kapital”ın bazarda göstərdiyi xidmətlərə (marketmeykinq, anderraytinq, məsləhət xidmətləri və s.) dünya valyuta bazarında “forex” ticarəti reallaşdırmaq imkanı əlavə olunub. Bu xidmət sayəsində müştəri etibarlı investisiya tərəfdaşı vasitəsilə gündəlik 5 trilyon dollar əməliyyat həcmi olan qlobal valyuta bazarına çıxış əldə edir.
“PAŞA Kapital” şirkətinin direktoru Ceyhun Hacıyevin sözlərinə görə, bu məhsul müştəriyə birbaşa dünya birjası ilə sövdələşmələr etmək imkanı verir:
“Digər sözlə, bu xidmət müəyyən investisiya məqsədləri üçün “PAŞA Kapital” müştərisi üçün maraqlı ola bilər. Bu məhsul çox rahat və onilliklər ərzində çox tələb olunan maliyyə alətidir. Əminəm ki, bu məhsula Azərbaycanda da tələbat böyükdür və bu, yerli qiymətli kağızlar bazarının uğurlu inkişafına öz töhfəsini verəcək”.
Qeyd edək ki, 2020-ci ilin may ayına olan vəziyyətə görə, “PAŞA Kapital”ın Bakı Fond Birjasında əməliyyatlarının həcmi 30,4 faiz artaraq 3.73 milyard manata çatıb ki, bu da birjada keçirilən əməliyyatların ümumi həcminin 69 faizindən çoxunu təşkil edir.
Bu gün “PAŞA Kapital” investisiya şirkətinin müştəriləri qiymətli metallar, CFD kimi 40-dan çox ticarət alətindən istifadə etməklə ticarət əməliyyatları keçirmək imkanı əldə edir. Şirkət öz əməliyyatlarını ən populyar və ən çox istifadə olunan “MetaTrader 4” platformasında həyata keçirir və eyni zamanda öz müştərilərinə 24 saat, 5 gün tam texniki dəstək təqdim edir.
"PAŞA Kapital" İnvestisiya Şirkəti Qapalı Səhmdar Cəmiyyəti 2012-ci ilin iyun ayında yaradılıb. Şirkət 2013-cü ildə "EMEA Finance" jurnalı tərəfindən təşkil edilmiş "Europe Banking Awards 2013" müsabiqəsində "Azərbaycanda ən yaxşı broker" və “Cbonds” tərəfindən təşkil edilmiş “Cbonds Awards CIS 2019” müsabiqəsində "İlin ən yaxşı investisiya şirkəti" adına layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
7 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 saat sonra
-
-
9 saat əvvəl
Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb
-
9 saat əvvəl
Avropa İttifaqının ən yüksək məhkəməsi Google-a 4,1 milyard avroluq cəriməni qüvvədə saxlayıb
-
10 saat əvvəl
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
-
10 saat əvvəl
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
-
11 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb






















