Azərbaycanın turizm sektorunda ciddi tənəzzül
Azərbaycana gələn turistlərin sayı 2 dəfəyə yaxın azalıbKoronaviris (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olmuşdur.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-may aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 563,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Bu dövrdə ölkəmizə gələnlərin 30,2 faizi Rusiya Federasiyası, 27,3 faizi Gürcüstan, 13,2 faizi Türkiyə, 6,7 faizi İran, 2,2 faizi Hindistan, hər birindən 2,1 faiz olmaqla Səudiyyə Ərəbistanı və Ukrayna,1,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,3 faiz olmaqla Pakistan, Küveyt və Qazaxıstan, 1,1 faizi Türkmənistan, hər birindən 0,9 faiz olmaqla İraq və Böyük Britaniya, 0,8 faizi Özbəkistan, 0,7 faizi İsrail, 6,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 75,1 faizini kişilər, 24,9 faizini qadınlar təşkil etmişdir.
Cari ilin yanvar-may aylarında Çindən gələnlərin sayı 5,5 dəfə, Cənubi Koreyadan - 4,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 4,1 dəfə, Polşadan - 3,8 dəfə, Yaponiyadan - 3,7 dəfə, Böyük Britaniyadan - 3,5 dəfə, Kanadadan və İsraildən - 3,3 dəfə, Macarıstandan - 3,2 dəfə, ABŞ-dan və Fransadan - 3,1 dəfə, Almaniyadan və Niderlanddan - 3,0 dəfə, İtaliyadan - 2,9 dəfə, Malayziyadan və Türkmənistandan - 2,7 dəfə azalmışdır.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,4 dəfə azalaraq 16,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,2 dəfə azalaraq 75,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə azalaraq 205,4 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 66,9 faizi dəmir yolu və avtomobil, 31,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2019-cu ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 2,2 dəfə azalaraq 958,8 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 33,5 faizi İrana, 29,7 faizi Gürcüstana, 20,4 faizi Rusiya Federasiyasına, 9,6 faizi Türkiyəyə, 6,8 faizi isə digər ölkələrə səfər etmişdir. Gedənlərin 69,3 faizini kişilər, 30,7 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 2,5 dəfə, Türkiyəyə gedənlərin sayı 2,2 dəfə, Gürcüstana gedənlərin sayı 2,0 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,9 dəfə azalmışdır.
2020-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,0 faizi dəmir yolu və avtomobil, 16,4 faizi hava, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























